Təhsil məzuniyyəti üçün ərizə necə yazılır

posted in: Xəbər | 0

Məqalədə siz işçinin təhsil məzuniyyəti üçün ərizə formasına nümunə və onu necə yazmaq barədə tövsiyələr tapa bilərsiniz. Təhsil məzuniyyəti üçün ərizə məcburi bir sənəddir, onsuz işəgötürənin işçiyə, o, sessiyaya çağırılması haqqında arayış gətirsə belə, məzuniyyət vermək hüququ yoxdur.

Təhsil məzuniyyəti

Təhsil məzuniyyəti üçün ərizə işçinin təhsil müəssisənin arayışı ilə birlikdə kadrlar şöbəsinə təqdim etdiyi sənəddir (Əmək Məcəlləsinin 124.8-ci maddəsi). Sənəd məcburidir, çünki təhsil məzuniyyətinin müddəti yalnız arayışla deyil, həm də işçinin özünün istəyi ilə müəyyən edilir. Belə ki, işçinin bütün imtahan müddətinə ehtiyacı olmadıqda, o, yalnız sessiyanın bir hissəsi üçün məzuniyyət verilməsin xahiş edə bilər. Təhsil məzuniyyəti ödənişli və ya ödənişsiz ola bilər. Aşağıda sizə təqdim edilən formalardan istifadə zamanı ödənişli təhsil məzuniyyətinin təyinatı və müddətini qeyd etmək üçün Məcəllənin 124.3-124.7, ödənişsiz təhsil məzuniyyətinin  təyinatı və müddətini qeyd etmək üçün 130 f) g) ğ) maddələrindən istifadə olunur.

Ödənişli təhsil məzuniyyət üçün ərizə formasını yüklə 

Ödənişsiz təhsil məzuniyyət üçün ərizə formasını yüklə 

Təhsil məzuniyyəti üçün ərizə necə yazılır

Təhsil məzuniyyəti üçün iki növ ərizə forması var (Əmək Məcəlləsi, maddə 123, 130):

  • ödənişli təhsil məzuniyyəti üçün ərizə forması;
  • ödənişsiz təhsil məzuniyyəti üçün ərizə forması.

Bu ərizə formalarının doldurulması yalnız işçinin ona iki məzuniyyət növündən birinin verilməsi tələbinin mətni ilə fərqlənəcək.

Biznes hesabi

Ümumiyyətlə, həm ödənişli, həm də ödənişsiz təhsil məzuniyyəti üçün standart ərizə forması yoxdur. Sadəcə diqqət etmək lazımdır ki, əmək qanunvericiliyinin tələblərinə əməl edilsin. Əsas odur ki, ərizədə aşağıdakı məlumatlar qeyd edilsin:

  • başlıq hissəsi: müəssisənin adı, ərizənin ünvanlandığı şəxs (səlahiyyətli şəxsin tam adı və vəzifəsi), ərizəni yazan şəxs (işçinin tam adı və vəzifəsi);
  • ərizənin mahiyyəti: məzuniyyətin növü, müddəti, işçinin təhsil aldığı müəssisəsinin adı, ödənişli yaxud ödənişsiz olması;
  • işçinin tam adı və imzası;
  • ərizənin tarixi qeyd edilsin.

Ərizə müəssisənin rəhbərinə yaxud kadrlar üzrə əmrləri imzalamaq hüququ olan digər səlahiyyətli işçiyə ünvanlanır. Təhsil məzuniyyəti üçün ərizənin mahiyyəti şərh olunan əsas hissədə işçinin hansı növ məzuniyyət (ödənişli və ya ödənişsiz) diqqət etmək lazımdır.

Həmçinin, təhsil məzuniyyətinin müddəti və işçinin ərizə yazdığı tarixin göstərildiyi də kadr işçisi tərəfindən yoxlanmalıdır. Bu, audit yaxud fərdi əmək mübahisələri zamanı işçinin ərizəni məzuniyyətin başlanmasına üç gündən az vaxt qalmış təqdim etdiyi təqdirdə şirkətin işçiyə vaxtında ödəniş etdiyini sübut etməyə kömək edəcək.

Təhsil məzuniyyəti üçün müraciətlərlə bağlı hüquqi mübahisələr

 İşçi məzuniyyətinin başlanmasına ən azı üç gün qalmış təhsil məzuniyyəti üçün ərizə təqdim etməlidir. Bu, işəgötürənin işçinin məzuniyyət haqqını ödəməyə borclu olduğu minimum müddətdir. İşçi əlində təhsil müəssisənin çağırış vərəqəsi olsa belə, təhsil məzuniyyəti üçün ərizə yazmazsa, ona məzuniyyət verilməməsi barədə işəgötürənə iddia qaldıra bilməz. Bu məsələ ilə məhkəməyə müraciət edilsə belə, uduzacaq.

İşçinin orta əmək haqqını qoruyub saxlamaqla məzuniyyət hüququ varsa, onlardan ödənişsiz təhsil məzuniyyəti üçün ərizə yazmağı xahiş etməyin. Belə bir vəziyyətdə siz məhkəmədə uduzacaq, əlavə təzminatlarla məzuniyyət haqqı ödənilməli olacaqsınız.

İşçinin təqdim etdiyi ərizə əsasında ona təhsil məzuniyyəti əmri hazırlanır və icrası təmin edilir.

Hüquqi şəxsin icarədən gəlirləri hansı qaydada vergiyə cəlb olunur?