Təqaüddə yaşamaq üçün ən yaxşı ölkələrin adları açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

Fransanın investbank Natixis-in analitikləri belə bir qənaətə gəliblər ki, pensiyaçıların firavan yaşayışına əminlik təhlükə altına düşüb. Vəziyyət pandemiyaya qədər də qeyri-sabit idi. Lakin yaydan bəri daha da ağırlaşıb. Bloomberg xəbər verir ki, ekspertlər artıq təqaüdə çıxanlar və ya yalnız bunu etməyə hazırlaşanlar üçün əsas riskləri dilə gətiriblər və pensiya ilə ən yaxşı həyat sürməyin mümkün olduğu ölkələrin adlarını açıqlayıblar.

Məsələn, hesabatda deyilir ki, COVİD-19-un ikinci dalğası cari ilin dördüncü rübündə işsizliyin daha da artmasına gətirib çıxaracaq. Deməli, pensiya fondlarına daxilolmalar da azalacaq. Gəlirlərindən məhrum olan bəzi insanlar artıq pensiya əmanətlərini sərf etməyə başlayıblar. Daha bir risk – aşağı bank dərəcələridir: risk var ki, insanlar öz yığımlarını qocalıqda daha tez xərcləyəcəklər. Bəziləri üçün isə ümumiyyətlə, bu vəsaitlər heç “qocalıq” dövrünə qədər gedib çatmayacaq. Gələcəkdə təqaüdçülərin həyatlarının necə olacağı ilə bağlı dövlət borcunun yüksək səviyyədə olması, gəlir bərabərsizliyi və iqlim dəyişikliyi də əhəmiyyətli rol oynayacaq.

Natixis, 44 ölkədə təqaüdçülərin rifah və maliyyə təhlükəsizliyi səviyyəsini maddi rifah, həyat keyfiyyəti və sağlamlığı nəzərə alaraq qiymətləndirib. Reytinqin liderləri İslandiya, İsveçrə və Norveçdir. ABŞ 18-ci yerdə, Rusiya isə demək olar ki, reytinqin sonunda, 44-cü yerdə qərar tutub.

2019-cu ilin sonunda FinExpertiza tədqiqat şirkəti belə bir qənaətə gəlmişdi ki, Rusiya regionlarının əksəriyyətində qadınların öz pensiyalarının sonrakı ödənişləri üçün Pensiya fonduna ayırmaları kifayət etməyəcəkdir. Nəticədə, kişilər ölümlərindən sonra da qadınları saxlamaqda davam edəcəklər: belə ki, kişilərin sona qədər sərf olunmayan pensiya yatırımları bu sahədə defisitin aradan qaldırılmasına yönəldiləcək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email