Təsisçilərdən biri nizamnamə kapitalını ödəməzsə, onun cəmiyyətdə iştirakına xitam verilə bilər?

posted in: Xəbər | 0
birbank biznes

sənədləşmə, satışların sənədləşməsi, Konsiqnasiya, Mülki Məcəllə dəyişikliklər Mülki MəcəllədəSual: Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cəmiyyət təsis edilərkən nəzərdə tutulmuş nizamnamə kapitalı nizamnamədə nəzərdə tutulmuş qaydada təsisçilərin bəziləri tərəfindən ödənilmədikdə, ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalını ödəməyən təsisçinin cəmiyyətdə iştirakına xitam verilə və cəmiyyətin nizamnamə kapitalı həmin təsisçinin ödənilməmiş payı miqdarında azaldıla bilərmi?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.

Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir.

Həmin Məcəllənin 90.4-cü maddəsinə əsasən əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Eyni zamanda bildiririk ki, ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalını ödəməyən təsisçinin cəmiyyətdə iştirakına xitam verilməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır.

Yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email