Turagentlərə tətbiq edilən vergi güzəştləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

TuragentlərTuragentlər üçün tətbiq edilən vergi güzəştləri.

Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən, müvafiq olaraq, gəlir vergisi və məcburi sosial sığorta haqları 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. 

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilib. Neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əhatə dairəsi həmin Meyarların 2.1-ci bəndi ilə müəyyən edilib.

Turagentlər tərəfindən neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə aviabilet və turpaketlərin satışı ilə bağlı göstərilən xidmətlər agent qaydasında uçuşları və turizm xidmətlərini həyata keçirən müəssisələrə göstərildiyindən, turagentlər tərəfindən göstərilən həmin xidmətlər neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə göstərilən xidmət hesab edilmir.

Vergi ödəyicilərinə xidmət departamenti 5 gün müddətində bu barədə məlumatları turizm xidmətləri göstərən vergi ödəyicilərinin elektron kabinetlərinə göndərməlidir.

Turagentlərə ödəmələr isə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.9-cu maddəsinə əsasən, yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bununla yanaşı, biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun məqsədləri üçün nağdsız hesablaşma dedikdə,

  • bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar,
  • ödəniş terminalları ilə aparılan hesablaşmalar,
  • birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi güzəştləri, turagentlər
Print Friendly, PDF & Email