Uğurlu biznes plan hazırlamaq üçün 7 önəmli mərhələ

posted in: Xəbər | 0

Uğurlu biznes plan hazırlamaq üçün 7 önəmli mərhələ

Yaxşı bir ideyaya sahib olmaq biznesdə uğuru gətirən önəmli faktorlardan biridir. Ancaq sadəcə bu kifayət etmir. Çünki hər kəsin ağlında yüzlərlə ideya var. Kimisi ideyasını reallaşdırır, ancaq doğru addımlar atmadığı üçün uğursuz olur, kimisi də ideyasını həyata keçirmək üçün investisiya tapa bilmir. Nəticə olaraq ideya həqiqətən yaxşı olsa belə, biznesdə uğur qazanmaq mümkün olmur.

Bir ideyanı reallaşdırmazdan əvvəl planlı olmaq, atacağınız addımları əvvəlcədən bilmək, hara, nə qədər pul xərcləməliyəm kimi suallara cavab tapmaq önəmlidir. Bünün üçün də sizə peşəkarlar tərəfindən hazırlanmış biznes plan gərəklidir. Yaxşı hazırlanmış biznes plan sizin işə başlamaq üçün gərəkli olan investisiya alma ehtimalınızı da yüksəldəcəkdir. Əks halda biznes plan olmadan investora gedib ideyanızı danışmaq, boş vaxt itkisindən başqa heçnə olmayacaqdır. Buna görə də güvəndiyiniz, inandığınız bir ideyanız varsa edəcəyiniz ilk şey, bir biznes plana sahib olmaq olmalıdır.

Uğurlu bir biznes planın içərisində aşağıdakı başlıqların olması gərəklidir:

Biznes planın qısa bir xülasəsi: Biznes planın ümumi olaraq nədən bəhs etdiyi, içərisində nələr olduğu burda qısa şəkildə açıqlanır. 1-2 səhifə aralığında olması kifayətdir.

İdeyanın açıqlanması: İdeyamızın və ya biznesimizin nə olduğu ətraflı şəkildə bu bölmədə açıqlanır. Burda ideyanın doğru sözlərlə ifadə olunması önəmlidir.

Bazar araşdırması: Bazar araşdırmasının edilməsi biznes plan üçün önəmli nüanslardan biridir. Bazarın ümumi həcminin və inkişaf tempinin müəyyənləşdirilməsi, rəqiblərin təyin olunması və analizi, hədəf müştəri qruplarının müəyyənləşdirilməsi və analizi və s. kimi nüanslar araşdırılır və bunun  nəticəsinə uyğun olar atılacaq digər addımlar planlanır.

İdarəetmə strukturu: Şirkətimizə neçə nəfər və hansı vəzifələrə işçi lazım olduğu qeyd olunmalıdır. Şirkətin idarəetmə strukturunun yekun formasının necə olacağı göstərilməlidir.

Marketinq planı: Hansı marketinq alətlərindən istifadə edəcəyik, kommunikasiya strategiyamız  necə olacaq, aylıq marketinqə nə qədər büdcə ayıracağıq kimi suallara bu bölmədə cavab verəcəyik.

Satış planı: Bu bölmədə biz hansı satış kanallarından istifadə edəcəyik, satış taktikalarımız necə olacaq, aylıq satış hədəflərimiz kimi nüanslara toxunacağıq.

Maliyyə planı: Burda ola biləcək bütün xərcləri və gəlirləri hesabladıqdan sonra gələcək illərə dair maliyyə proqnozları verilir.

Yuxarıda sayılan bu başlıqlar biznes plan içərisində mütləq olmalıdır. Uğurlu bir biznes plan hazırlamaq üçün bu nüanslara diqqət göstərməlisiniz.

İndi gələk başlıqdan göründüyü kimi 7 önəmli mərhələyə. Bu mərhələlər hansılardır?

Detallı bir araşdırma edin: Biznes plan hazırlamamışdan əvvəl ümumi olaraq sektoru həm araşdırın, həm də analiz edin. Məhsulunuza təlabat nə qədərdi, bazarın illik həcmi artırmı yoxsa azalırmı, bazardan nə qədər pay götürmək mümkündür, rəqabətlilik necədir, bazar yeniliklərə nə qədər açıqdır və s. bunun kimi nüansları detallı bir şəkildə araşdırdırmaq lazımdır. Nəticə olaraq siz bütün bazarın xüsusiyyətlərini, məhsulunuzu və verəcəyiniz xidmətləri mükəmməl səviyyədə bilməlisiniz.

Hədəflərinizi açıq bir şəkildə ifadə edin: Yaddan çıxartmayın ki, siz bir iş adamısız və qarşınıza qoyduğunuz müəyyən hədəflər olmalıdır. Biznes planda da bu hədəflər detallı bir şəkildə göstərilməlidir. Əvvəlcədən etdiyiniz bütün bazar araşdırmalarını da göstərərək, müəyyənləşdirdiyiniz hədəflər istiqamətində özünüzə bir yol xəritəsi çıxardın. Bu yol xəritəsi hədəflərinizi reallaşdırmada sizin əsas planınız olacaq.

Şirkətinizin təsvirini yaradın: Biznes plan hazırlayarkən şirkətinizi yaxşı təsvir etməlisiniz.İnvestorların diqqətini çəkmək üçün şirkət profilinin diqqət mərkəzində göstərilməsi ən önəmli nüanslardan biridir. Bura, şirkətin olduğu sektor, satılan məhsullar, göstərilən xidmətlər, komanda, görülən işlər və s. kimi nüanslar daxildir. Bu, biznes planda şirkətlərin haqqımızda bölməsini əhatə edir. Ümumiyyətlə, bu bölmə şirkətlərdə haqqımızda hissəsini təşkil edir.

Nağd pul axışı və necə pul qazanacağınızı göstərin: İnvestorların biznes planda ən çox maraqlandırdıqları məqam, işin maliyyə hissəsidir. Necə pul qazanacağınızı və gəlir modellərinizin necə olduğunu uğurla nümayiş etdirə bilməlisiniz. Nə qədər xərclərinizin olacağını, nə qədər gəlir əldə edəcəyinizi təxmini olaraq (bütün bunlar araşdırmaların nəticələrinə uyğun məntiqi bir şəkildə olmalıdır ) göstərməlisiniz.

Strateji marketinq planınız olduğunu göstərin: Uğurlu bir biznes plan həmişə özündə strateji marketinq planını ehtiva edir:
  • Yeni məhsulunuzu uğurlu bir şəkildə təqdim edin,
  • Bazardakı rəqabəti qazanmağa yönəlik stratejik addımlar atın,
  • Satışlarınızı artırmağa çalışın və bunun üçün statejik hədəflərinizi müəyyənləşdirin.

İnvestora uyğun biznes plan hazırlayın: Biznes planı hazırlayarkən onu hansı investorlara təqdim edəcəyinizi əvvəlcədən müəyyənləşdirin. Əgər investor üçün işin maliyyə tərəfi daha çox önəmlidirsə bu zaman finansal məlumatlara və proqnozlara, yox əgər investor üçün işin vizual tərəfi daha çox önəmlidirsə bu zaman məhsulunuzu ön plana çıxardacaq daha çox dizayn xarakterli biznes plana üstünlük verin.

Bu ideyaya niyə bu qədər çox güvəndiyizi göstərin: Biznes plan tam hazır olduqdan sonra onu təqdim edərkən, bu ideyaya necə çox güvəndiyizini qarşı tərəfə hiss etdirməlisiniz. Burada təcrübələrinizdən və reallaşdıracağınız xidmətlərinizdən danışa bilərsiniz. Məhsulunuzun bazarda niyə uğurlu olacağını ətraflı bir şəkildə izah edin.

Əməkdaşlıq üçün Onevision Business Solutions şirkətinə müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: +99455 372 71 80

Mail: info@onevision.az

Müəllif: Cavid Abasov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *