Uğurlu insan olmağa mane olan 7 vərdiş (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Bəlkə də hər bir insan uğur qazanmaq istəyir, amma bu, heç də hamıda alınmır. İndiki zamanda çoxsaylı biznes-təlimlər və şəxsi inkişaf təlimləri var ki, orada bir çox enerjili təlimçilər həyatsevər səsləri ilə öz uğur tarixçələrindən bəhs edirlər. Bu cür vebinarların kimlərəsə fayda gətirəcəyi mümkündür. Lakin çox vaxt bütün “mükəmməl” strategiyalar yalnız nəzəriyyədə işləyir. Ola bilsin ki, iş heç strategiyada da deyil, həyat obrazındadır.

Bu yazıda bir insanın inkişaf etməsinə imkan verməyən və həyatını yaxşı bir şəkildə dəyişdirməyə mane olan bəzi vərdişlər sadalanır.

Yuxudan əvvəl baxılan seriallar və filmlər

Ümumiyyətlə götürdükdə, nə seriallar, nə də filmlər, xüsusilə də dünya kinematoqrafiyasının inciləri öz-özlüyündə zərər verirlər. Lakin yatmazdan öncə ekrana baxmaq qəti şəkildə tövsiyə olunmur. Axşam işdən evə gələn bir insan, ilk növbədə ən çox istirahət etmək istəyir və bu məqsədlə film daha uyğun gəlir. Amma o, sinir sistemini həyəcanlandırır və onu rahatlaşdırmır, bu da yuxunun keyfiyyətini pisləşdirir. Sabahkı gün insan özünü çox yorğun və halsız hiss edə bilər.

Sosial şəbəkələr 

Bundan əlavə, sosial şəbəkələr çox vaxt insanın fikrini formalaşdırır. Ona yalan mənəvi prinsipləri sırıyır, onların daha bir əhəmiyyətli çatışmazlığı da var. Sosial şəbəkələr informasiya axınını artırırlar, buna görə də insan onu təhlil etməyə vaxt tapmır və işin məhsuldarlığı azalır.

Eyni zamanda bir çox işləri yerinə yetirmək

Şübhəsiz ki, böyükləri yamsılamada qəbahətli bir şey yoxdur. Amma həqiqətən, öz şüurunu bölüb, bir neçə vəzifəni keyfiyyətcə yalnız tək-tük adamlar yerinə yetirə bilər. Əksəriyyət isə hər şeyi real səylər sərf etmədən “fon rejimində” edir ki, bu da işin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email