Uğurlu insan olmağa mane olan 7 vərdiş (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Uğurlu insan olmağa mane olan 7 vərdiş (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Bu yazıda bir insanın inkişaf etməsinə imkan verməyən və həyatını yaxşı bir şəkildə dəyişməyə mane olan bəzi vərdişlər sadalanır.

Perfeksionizm (hər hansı bir işi mükəmməlcəsinə, zərgər dəqiqliyi ilə yerinə yetirmək)

Hal-hazırda perfeksionizm psixi sapma hesab olunur. İşi 100% yerinə yetirməyə can atmaq, ümumiyyətlə, hər hansı bir işlə məşğul olmaq istəyinizin yox olmasına gətirib çıxara bilər. Bundan əlavə, bir qayda olaraq perfoksionistlər daha məhdud çərçivəli olurlar və nadir hallarda çevik düşüncəyə malik olurlar.

Bütün gün ərzində məhsuldarlıq

Bəziləri istirahət etməyə barmaqarası baxırlar. Buna isə qəti şəkildə yol vermək olmaz. Beyin iki saatdan çox gərginlikdə olduqda, yorulur və onun bərpa olunmasından ötrü daha çox zaman lazım gəlir. Amma hər saatdan və ya yarım saatdan bir işə fasilə verilərsə, buna ehtiyac yaranmır.

İşin yerinə yetirilməsindən ötrü özünüzə daha çox zaman ayırın

Vaxtı planlaşdırarkən, mühümdür ki, özünüzü dar vaxt çərçivəsinə salmayasınız. Həmçinin sənədlərin hazırlanmasına ayrılan yarım saatlıq müddəti də bütün iş günü ərzində uzatmaq da lazım deyil. Özünüzdə işləri vaxtında cəmləşdirmək və yerinə yetirmək qabiliyyətini inkişaf etdirmək lazımdır.

Başqalarına güvənmək

Bu bölüm – perfeksionizm medalının əks tərəfidir: hər hansı bir şəxs, ümumiyyətlə, heç bir iş görmür və daim başqalarından kömək istəyir. Məsuliyyəti öz üzərindən atmaqla, şəxsi yüksəlişə nail olmaq mümkün deyil.

Beləliklə, əgər siz öz davranışınızı təhlil edərək yuxarıda sadalanan bəndlərdən hər hansı birini aşkar etsəniz, onda öz üzərinizdə və davranışınız üzərində çalışmağa başlamaq çox zəruridir. Nəticə özünü çox gözlətməyəcək.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email