Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib.

Vahid büdcə təsnifatıAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1398-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 878 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7,

maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 95 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 132 və 135 nömrəli qərarları)

ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin təsnifatı”nın 1.4.3.1.3.2-ci yarımbəndinə “qaydalarının” sözündən sonra “və aptek təşkilatlarına dair tələblərin” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; AR Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133 və 135 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.3.1.3.2-ci yarımbəndinə “qaydalarının” sözündən sonra “və aptek təşkilatlarına dair tələblərin” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                             Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email