Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edilib

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININvahid büdcə təsnifatı
NAZİRLƏR KABİNETİ

Q Ə R A R
№ 440
Bakı şəhəri, 11 oktyabr 2018-ci il
Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017- ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət vahid büdcə təsnifatı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlasınlar.

3. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini bu qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş vahid büdcə təsnifatına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Bax: Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə gətirilməsi zamanı bəyanı qaydasında dəyişiklik edilib

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

4.1. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatını Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etsin, bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımların, təlimlərin və digər zəruri təlimatların göstərilməsini həyata keçirsin;

4.3. büdcə ili ərzində təşkilatlar yaradıldığı, ləğv olunduğu və yenidən təşkil edildiyi təqdirdə, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatının “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda müvafiq dəyişikliklərin aparılmasını həyata keçirsin;

4.4. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

5. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatının tətbiqinə başlanıldığı tarixdən etibarən “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 avqust tarixli 346 nömrəli qərarı) ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                              Novruz Məmmədov

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini vahid büdcə təsnifatına əsasən Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi vahid büdcə təsnifatını dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etməli, bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımların, təlimlərin və digər zəruri təlimatların göstərilməsini həyata keçirməli, büdcə ili ərzində təşkilatlar yaradıldığı, ləğv olunduğu və yenidən təşkil edildiyi təqdirdə, vahid büdcə təsnifatının “Büdcə xərclərinin inzibati təsnifatı”nda müvafiq dəyişikliklərin aparılmasını həyata keçirməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Mənbə: cabmin.gov.az

Bax: Kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları qaydası təsdiqlənib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Print Friendly, PDF & Email