Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda dəyişiklik – İşsizlik sığortası üzrə təsnifat kodu əlavə edildi

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 5
Bakı şəhəri, 9 yanvar 2018-ci il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə

227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilsin:

“6.2.1. “İşsizlik” paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.”;

1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

1.2.1. “212300. İcbari tibbi sığorta” paraqrafından sonra “212400. İşsizlikdən sığorta” paraqrafı əlavə edilsin; 1.2.2. “272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı “İşsizlikdən sığorta ödənişləri” adlandırılsın;

1.2.3. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” adlandırılsın.

1.2.4. Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə:

1.2.4.1. “212000. Əmək haqqına üstəlik” köməkçi bölməsində “və “212300. İcbari tibbi sığorta” sözləri “, 212300. İcbari tibbi sığorta” və “212400. İşsizlikdən sığorta” sözləri ilə əvəz edilsin;

1.2.4.2. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin: “212400. “İşsizlikdən sığorta” paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.”;

1.2.4.3. “270000. “Təqaüdlər və sosial müavinətlər” bölməsinin birinci cümləsindən “işsizlərə,” sözü çıxarılsın və ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin” sözləri “işsizlikdən sığorta ödənişlərinin” sözləri ilə əvəz edilsin.”;

1.2.4.4. “272100. Sosial yardımlar üzrə ödənişlər” paraqrafında “işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə” sözləri “işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə” sözləri ilə əvəz edilsin;

1.2.4.5. “272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı aşağıdakı redaksiyada verilsin: “272180. İşsizlikdən sığorta ödənişləri” maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir.”.

1.2.4.6. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı aşağıdakı redaksiyada verilsin:

“272190. “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir.”.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                 Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email