Azərbaycanda sahibkarlar üçün “Vahid elektron lövhə” xidməti tətbiq olunub

posted in: Xəbər | 0
birbank biznes

aksiz vergisi, vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıAzərbaycanda vergi ödəyicisinin müraciətinə əsasən, hesablanan vergidən artıq olan məbləğin sahibkara geri qaytarma prosesini izləməyə imkan verəcək “Vahid elektron lövhə”nin tətbiqinə başlanılıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, “Vahid elektron lövhə” platformasının bir sıra üstünlükləri var. Belə ki, artıq ödənilmiş məbləğin geri alınması üçün ərizənin vergi ödəyiciləri tərəfindən izlənməsi məlumatların əlçatanlığının təmin olunmasına xidmət edəcək. Vergi ödəyicisi müraciətinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə biləcək.

“Vahid elektron lövhə”də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənəcək. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatların vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində onlayn izlənilməsi mümkün olacaq. Bundan başqa, ərizənin doldurulma prosedurunun sadələşdirilməsi vergi ödəyicilərinin əlavə vaxt itkisinin azalmasına və yazışmaların minimuma endirilməsinə zəmin yaradacaq.

Vergi ödəyicisi “Asan İmza” ilə şəxsi kabinetinə daxil olaraq və “Onlayn Kargüzarlıq” bölümündə artıq ödəmənin geri qaytarılması üçün «Elektron Ərizə»ni seçməlidir. Daha sonra o, “Elektron Ərizə”ni qaydalara uyğun tərtib edib Dövlət Vergi Xidmətinin aidiyyəti strukturuna göndərməlidir. Eyni zamanda, ərizənin vəziyyəti barədə məlumatlar “Vahid elektron lövhə”də əks olunur. Hər hansı səbəbdən imtina edildikdə və ya vergi ödəyicisinə səyyar vergi yoxlaması açıldıqda “lövhə”də imtina səbəbi və tarixi qeyd edilir.

Daha sonra artıq ödənilmiş vəsait vergi ödəyicisinin bank hesabına köçürülür və vəsaitin bank hesabına köçürülməsi barədə Maliyyə Nazirliyi tərəfindən “vahid elektron lövhə”yə məlumat ötürülür. Ərizədəki məlumatlar düzgün olduğu halda vergi orqanı tərəfindən Rəy hazırlanaraq platforma üzərindən Maliyyə Nazirliyinə ötürülür. Maliyyə Nazirliyi tərəfindən Rəyə baxılaraq yerli xəzinədarlıq orqanına icraya yönəldilir və “vahid elektron lövhə”yə bu barədə məlumat ötürülür.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email