fbpx

Vakansiya: İnsan resursları üzrə mütəxəssis – SAFA Holding Ltd

birbank biznes

İnsan resursları üzrə mütəxəssis, vakansiya, Vakansiya: İnsan resursları üzrə mütəxəssis.

İşəgötürən: SAFA Holding Ltd.

Vakansiya barədə məlumat

• AR Əmək Məcəlləsinə əsasən işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilməsi, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, əmək kitabçalarının müvafiq qaydada doldurulması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
• İşçilərə məzuniyyətlərinin verilməsinin uçotunun aparılması, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İş vaxtının rejiminə riayyət etmək üçün gündəlik davamiyyətin qeydiyyatının aparılması, aylıq tabelin hazırlanması, tabelin mühasibatlığa təqdim edilməsi;
• Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların müxtəlif informasiya resurslarında yerləşdirilməsi və uyğun namizədlərin seçilməsi;
• İşə qəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;

• Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
• İşçi heyətinin motivasiyası üçün materialların hazırlanması;
• İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
• Korporativ mədəniyyətin formalaşdırlması və təkmilləşdirilməsi məqsədilə müxtəlif növ layihələr, təlimlər və proqramların hazırlanması və tətbiq edilməsi.
• HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
• Kadr bazasının yaradılması;
• Şirkət daxili prosedurların hazırlanması;
• İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
• Sosial müavinətlərin hesablanması;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İnsan resursları departamentinə aidiyyəti olan hesabatların tərtib edilməsi və təqdim edilməsi;
• Əmək haqqı: 700 – 900 AZN;
• İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət;
• İş yeri: Bakı şəhəri.

Namizədə tələblər

• Hüquq və ya insan resursları üzrə ali təhsil (Magistr təhsili arzuolunandır);
• İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il təcrübə;
• Yaş həddi (25-40 yaş)
• Əmək qanunvericliyi və hüquqi normativ aktlar;
• AR Əmək məcəlləsi;
• İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliklər;
• Personalın qiymətləndirmə sistemi və metodları;
• Kadr uçotu, lazımi hesabatların hazırlanma qaydası;
• Sosiologiya, psixologiya və əməyin təşkilinin əsasını bilməli;
• Əməyin mühafizəsi qayda və normaları.
• Azərbaycan dilində mükəmməl bilməli, Rus və İngilis dillərində bilməsi arzuolunandır;
• Komputerdə işləmək bacarığı (Word, Excel, Outlook);
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
• Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini / elektron ünvanına göndərə bilərlər.Xahiş olunur CV göndərdikdə subject (mövzu) hissəsində müraciət etdiyiniz İnsan resursları üzrə mütəxəssis vakansiyasının adını qeyd edəsiniz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İnsan resursları üzrə mütəxəssis, vakansiya
Print Friendly, PDF & Email
error: Content is protected !!