Vakansiya: Kiçik mühasib.
İşəgötürən: Azerbaijan Supermarket MMC.
- Şəhər: Bakı
- Yaş: 23 – 35 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Əlaqədar şəxs: HR
- E-mail: /
- Əmək haqqı: Razılaşma əsasında.
İş barədə məlumat
- Gömrük və logistika şöbəsindən gömrük bəyannamələrini əldə etmək.
- Mühasibat uçotu sisteminə (COINS) gömrük bəyannamələrini daxil etmək.
- Gömrük bəyannamələrini bank çıxarışı ilə uyğunlaşdırmaq.
- İnvestisiya əməliyyatları üçün hesabları uyğunlaşdırmaq.
- Balans hesabatları hazırlamaq.
- Baş mühasibin verdiyi digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Azərbaycan, İngilis dilləri biliyi.
- Düzgün iş prosesini qurmaq bacarığı.
- Komanda mühitində yaxşı işləmək bacarığı.
- Təhlil, təcrübə, təşkilatçılıq və mühakimə bacarıqlarına əsaslanaraq dəqiq qərarvermə bacarığı.
- Analitik düşünmə bacarığı.
- Nəzarət altında olmadıqda etibarlı və düzgün işləmə bacarığı.
- Personal kompyuterdən (PC) və e-mail, internet, və Microsoft Office (məs., Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) proqramından istifadə etmək bacarığı.
Vəzifənin adını Mövzu bölməsində qeyd etmək.
CV-nizi / email ünvanına göndərmək.