Varlı mühasib – milyarder İlay Broud

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Xeyriyyəçi və kolleksiyaçı İlay Broud uzun sürən xəstəlikdən sonra 2021-ci il mayın 21-də “Cedars-Sinai” tibb mərkəzində vəfat edib. Los-Anceles meri Erik Qarsetti Broudu “öz nəslinin ən nüfuzlu vətəndaşı” adlandırıb.

Ölüm anında Broudun sərvəti Forbes jurnalı tərəfindən 6,9 milyard dollar məbləğində qiymətləndirilmişdi, o, “Forbes Real-Time”ın ən zəngin amerikalılar siyahısında 85-ci yerdə idi.

Peşəcə mühasib olan Broud sərvətini daşınmaz əmlak və sığorta sahəsində qazanıb. O, Los-Ancelesin mədəni həyatına böyük töhfələr vermiş, şəhərin mərkəzində 2000 sənət əsərinin sərgiləndiyi pulsuz girişi olan “The Broad” muzeyini inşa etmiş, Uolt Disney adına konsert zalının, həmçinin Los-Ancelesdəki Kaliforniya universitetində bədii mərkəzin tikintisində iştirak etmişdi. O, öz adına universitet kollecini və menecment üzrə Ali məktəbi təsis etmiş, genetika tibb üzrə məşğul olan tədqiqat mərkəzinin yaradılmasına və “Broad İnstitute” institutunun dəstəklənməsinə 1 milyard dollardan çox sərmayə qoymuşdu.

Broud 1933-cü ildə Nyu-York ştatının Bronks şəhərində anadan olub və ailəsi ilə birlikdə Detroyta köçüb.

1957-ci ildə o, Donald Kaufman ilə birlikdə borc vəsaitləri hesabına “Kaufman & Broad” şirkətini qurmuşdu, sonradan bu şirkət ABŞ-da ən böyük yaşayış əmlakı layihələndiricilərindən birinə çevrilmişdi. 1970-ci illərdə o, sığorta şirkətinə sərmayə yatırmış, sonradan adını dəyişdirərək “SunAmerica” adlandırmışdı ki, həmin şirkəti də 1998-ci ildə 18 milyard dollara satmışdı.

O, həyat yoldaşı ilə birlikdə tibbi tədqiqatlar, dövlət təhsili, təsviri incəsənət və ifaçılıq sənətlərini dəstəkləyən 3 milyard dollarlıq bir fond yaratmışdı. Bu yaxınlarda qrantların 50 illiyini qeyd edən fondlar, 4 milyard dollardan çox qrant verəcəklərini vəd ediblər və həmin məbləği ayırıblar.

Los-Anceles meri Erik Qarsetti Broudu “öz nəslinin ən nüfuzlu vətəndaşı” adlandırmışdı. “O, bu şəhəri mənim indiyə kimi tanıdığım hər hansı bir şəxsdən daha çox sevirdi”, – Qarsetti belə yazıb.


Print Friendly, PDF & Email