Vençur (risk) bazarı: müxtəlif regionlarda inkişaf tarixi və xüsusiyyətləri (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

“PwC” və “CB Insights”ın hesabatına görə, 2018-ci ildə vençur bazarı (qlobal riskli kapital bazarı) 207 milyard dollar təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 21% çoxdur. Hazırda o, kiçik startaplardan texnoloji nəhəngləri yetişdirməklə inkişaf etməyə davam edir. Amma hər şey öz başlanğıcını necə götürüb və “vençur kapital” anlayışı nə vaxt peyda olub? Müxtəlif regionlarda vençur bazarı necə inkişaf edir?

Vençur kapitalı və vençur bazarı nə deməkdir?

Vençur bazarının inkişaf tarixinin necə başladığını bilməzdən öncə əsas anlayışları başa düşməyə çalışaq. Beləliklə, vençur kapital – bu, yüksək səviyyəli risk dərəcəsi olan startaplara investisiya fondları və ya firmaları tərəfindən sərmayə kimi yatırılan pullardır. Bu cür gənc şirkətlər yüksək sürətlə inkişafa nail olmaqla yanaşı, həm də tez bir zamanda çökə də bilərlər – hər şey kənar amillərdən asılıdır. Məsələn, “Facebook” və “PayPal” uğurlu vençur şirkətləri halına gəliblər.

Startaplara yatırılan istənilən sərmayələr vençur investisiyalar adlandırıla bilər. Kapital sərmayəçilərinin ümumi fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, öz investisiyaları sayəsində onlar investisiya etdikləri şirkətə müəyyən dərəcədə təsir göstərmək imkanı qazanırlar.

Vençur bazarı orada aktiv “kəşfiyyat” işlərinin aparıldığı, təsisçilər və investorların axtarıldığı startapların bütün məcmusunu əhatə edir.

Vençur bazarının inkişafı: qısa tarix

Vençur bazarının vətəni ABŞ-dır, orada bu bazar hələ ötən əsrin 50-ci illərində formalaşmağa başlamışdı. Bundan ötrü xüsusi bir institut – SBA (tam adı – Small Business Administration) yaradılmışdı və kiçik müəssisələrə investisiya qoyuluşu haqqında qanun qəbul edilmişdi. Hakimiyyət kiçik sahibkarları təşviq etməyə və güzəştli kreditlər verməyə başladı. Əgər SBA layihəni bəyənirdisə, dövlət ona güzəştli kredit ayırırdı.

İlk vençur kapitalisti, fransız kökənli Harvard biznes məktəbinin amerikalı professoru – Jorj Dorio hesab olunur. 1946-cı ildə o, Amerika tədqiqat və inkişaf korporasiyalarından birini vençur kapitallı firma elan etmişdi. “Vençur kapitalın atası” adı məhz, buna görə ona verilmişdi.

Vençur biznesi öz tarixinə məhz, ABŞ-da başladığından, onun təşəkkülünün əsas mərhələlərini nəzərdən keçirmək lazımdır:

  1. 1970-ci illər – gen mühəndisliyi və yarımkeçiricilərin inkişafı;
  2. 1980-ci illər – fərdi kompüterlərin yaradılması;
  3. 1990-cı illər – internet-məhsullarının buraxılışı.

II hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email