Vergi auditi xidməti – şirkətin vergi öhdəliklərinin düzgün hesablanması, vergi hesabatlarının dəqiqliklə yoxlanılması və vergi risklərinin minimallaşdırılması məqsədilə həyata keçirilən müstəqil audit prosesidir. Müasir vergi mühitində şirkətlərin səyyar vergi yoxlamasından yayınması, cərimə və əlavə hesablanmaların qarşısının alınması üçün vergi auditi xidmətinə ehtiyacı əvvəlkindən daha çoxdur.
Tərəfdaşımız Audit.Az MMC-nin təklif etdiyi auditi xidmətləri bizneslərin vergi yükünü optimallaşdırmasına, mümkün riskləri vaxtında aşkar edib aradan qaldırmasına və əlavə ödənişlərin qarşısını almasına kömək edir.
Vergi auditi xidməti nədir?
Vergi auditi – vergi bəyannamələrinin, uçot sənədlərinin, vergi öhdəliklərinin və hesablama metodlarının tam təhlilidir. Auditorlar bütün vergilərin düzgün hesablanmasını, tətbiq olunan güzəştlərin uyğunluğunu və vergi qanunvericiliyinə əməl olunmasını yoxlayırlar.
Vergi auditinin əsas məqsədləri:
- vergi risklərinin müəyyənləşdirilməsi və azaldılması;
- gələcək səyyar vergi yoxlaması ehtimalının minimuma endirilməsi;
- əlavə vergi, cərimə və faiz məbləğlərinin qarşısının alınması;
- vergi yükünün optimallaşdırılması və ehtiyatların aşkarlanması.
Qabaqlayıcı vergi yoxlaması şirkətlər üçün niyə önəmlidir?
Hazırkı dövrdə vergi orqanları riskə əsaslanan yanaşmadan istifadə edir. Bu o deməkdir ki, vergi orqanı yalnız ciddi uyğunsuzluqlar aşkar etdikdə şirkətə səyyar vergi yoxlaması təyin edir.
Vergi bəyannamələrindəki kiçik uyğunsuzluqlar belə kameral yoxlama zamanı aşkar edilir və şirkəti risk qrupuna sala bilər.
Vergi auditi xidməti şirkətə nə qazandırır?
- vergi hesabatının şəffaflığını artırır;
- maliyyə sanksiyaları və əlavə hesablanmaların qarşısını alır;
- kameral yoxlamalar zamanı sorğuların sayını azaldır;
- rəhbərliyə real vəziyyət haqqında dəqiq məlumat verir;
- artıq ödənilşləri geri almağa kömək edir.
|
AUDITDƏN HƏR KƏS QAZANACAQ! |
Xidmətinin əhatə dairəsi
Audit.Az MMC vergi auditi xidmətini bütün əsas vergi növləri üzrə həyata keçirir.
- Mənfəət vergisi auditi
- gəlir və xərclərin düzgün sənədləşməsi;
- vergi agenti öhdəliklərinin qiymətləndirilməsi;
- ikiqat vergitutma sazişlərinin tətbiqi;
- xarici tərəfdaşlarla əməliyyatların təhlili.
- ƏDV auditi
ƏDV ən riskli vergi sahəsidir. Auditorlar aşağıdakıları qiymətləndirir:
- kontragentlərin etibarlılığı;
- ƏDV bazasının düzgün hesablanması;
- 0% və 18% dərəcələrinin tətbiqi;
- ƏDV-nin ayrılmış uçotu.
- Əmlak vergisi auditi
- düzgün hesablanmalar;
- güzəştlərin tətbiqi;
- artıq və ya az hesablanan vergilərin aşkarlanması.
- Gəlir vergisi və sosial sığorta haqlarının auditi
- əmək haqqı ödənişlərinin şəffaflığı,
- xarici işçilərlə bağlı vergitutma,
- özünüməşğullar (mülki müqavilə) ilə əməkdaşlığın qanunauyğunluğu.
- Digər vergilər üzrə audit
- sadələşdirilmiş vergi;
- dövlət rüsumları;
- nəqliyyat vergisi;
- ekoloji ödənişlər və s.
Vergi auditi xidməti necə aparılır?
- Şirkətin fəaliyyət istiqamətləri öyrənilir
- Audit dövrü və həcmi müəyyən edilir
- Gözləntilər, metodologiya və komanda razılaşdırılır
- Yerində və ya məsafədən auditin həyata keçirilir
- Nəticələr tam yazılı hesabat şəklində təqdim olunur
Hesabatın tərkibi:
- aşkarlanmış vergi riskləri və onların məbləği;
- mümkün cərimə və faiz ödənişləri;
- səhvlərin aradan qaldırılması üzrə tövsiyələr;
- artıq ödənilmiş vergilərin geri qaytarılması imkanları;
- rəhbərlik üçün qısa infografikalı analiz.
Sahibkar və şirkət rəhbəri
- riskləri öyrənmək;
- əlavə ödənişlərin qarşısını almaq;
- şirkətin vergi yükünü optimallaşdırmaq.
Baş mühasib və maliyyə direktoru
- uçotun dəqiqliyini qiymətləndirmək;
- auditin nəticələri ilə rəhbərliyə obyektiv məlumat vermək;
- məsuliyyəti auditorla bölüşmək.
| BIZ SİZİN TƏRƏFINIZDƏYIK! Audit.Az MMC-də peşəkarlar şalışır Biz heç bir məlumatı üçüncü tərəflərlə paylaşmırıq və mühasiblərinizi aldatmağa çalışmırıq. Biz İ həll yollarını müəyyənləşdiririk və səhvləri aradan qaldırmaq üçün tövsiyələr veririk. Auditin qiymətini hesablayın. |
Şirkətin auditi üçün auditoru necə seçməli?
Yalnız qüsursuz reputasiyaya malik audit şirkətlərinə etibar edin. Əks halda vergi auditinin mənasız prosesə çevrilir.
Heç də bütün audit şirkətləri bu prosesi uğurla tamamlamağa qadir deyil, çünki bunun üçün vergi qanunvericiliyini mükəmməl bilən işçilər tələb olunur. Qeyd edək ki, ənənəvi maliyyə auditi zamanı auditorlar mühasibat hesabatlarının yoxlanmasına fokuslanırlar. Vergilər yalnız mühasibat hesabatlarının düzgünlüyünə təsir edə biləcək əhəmiyyətli səhvlərə görə yoxlanılır.
Audit xidmətləri bazarında mühasibat uçotu kimi vergi uçotu sahəsində də məlumatlı olan mütəxəssilərə malik şirkətlər çox deyil.
Nəzərə almaq lazımdır ki, vergi yoxlamaları ekspertlər və vergi hüquqşünasları tərəfindən aparılır. Belə mütəxəssislər təkcə vergi risklərini təhlil etməyəcək, həm də ödənişlərin optimallaşdırılması yollarını təklif edəcəklər ( məsələn, vergi güzəştlərinin tətbiqi, vergi uçotunda ehtiyatların yaradılması, uçot xərcləri üçün əmsalların artırılması və s.)
| Ucuz qiymətə keyfiyyətli vergi yoxlaması ola bilməz! “Risklərdən qaçmaq üçün auditoru düzgün necə seçməli?” çek-listi yükləyin. |
Audit.az – peşəkar vergi auditi xidməti
Audit.az auditorları və vergi mütəxəssisləri:
- vergi qanunvericiliyinin bütün tələblərini bilir;
- yüzlərlə şirkətin vergi auditini həyata keçirir;
- real vergi ehtiyatlarını aşkarlayır;
- vergi yoxlaması risklərini minimuma endirməyə kömək edir.
Peşəkar vergi auditi xidməti həm risklərin qarşısını alır, həm də şirkətə qənaət etməyə imkan verir. Audit.az olaraq şirkıtin məqsədi – bizneslərin təhlükəsiz və qanunauyğun fəaliyyətinə dəstək verməkdir.
| BİR AUDİTDƏN ARTIQ! Auditorlar daxili nəzarət sisteminizi nəzərdən keçirməyə, istənilən mürəkkəblikdə vergi və mühasibat məsələlərini həll etməyə kömək edəcəklər. Əlaqə saxlayın, daha geniş məlumat alın! |

