Dövlət siyasətinin sərtləşməsi və vergi qanunvericiliyinin daimi dəyişikliyi fonunda hər bir təşkilat etibarlı müdafiə sistemi – vergi auditi sisteminə ehtiyac duyur.
Vergi auditi prosesi vergi hesablamaları və ödənişlərinin etibarlılığını yoxlamağa, hesabatların qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığına nəzarət etməyə imkan yaradır.
İstənilən səhv və vergi qanunlarının qəsdən pozulması şirkətlərin külli miqdarda cərimələnməsinə səbəb olur. Məhz bu səbəbdən müntəzəm vergi auditinin aparılması riskləri minimuma endirmək və cərimələrə məruz qalmamaq üçün vacibdir.
Vergi auditinin Accounting.Az mütəxəssisləri tərəfindən aparılması sizin vergi risklərinizi minimuma endirəcək və nəzarətedici orqanların sizə və sizin şirkətə qarşı hər hansı iddia qaldırmasının qarşısını alacaq.
Leave a Reply