Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802 milyon 191,1 min manat təşkil edib və proqnoz 123,8% icra olunub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“O cümlədən, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 48,9% artaraq 2 milyard 249 milyon 381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib”, – o qeyd edib.
Mənbə: report.az