Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 8 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, vergi və gömrük sahəsində güzəşt və azadolmalar bu Qaydanın məqsədləri üçün aşağıdakı meyarlar üzrə təsnifləşdirilir:
güzəşt meyarı – azadolma meyarı ilə əhatə olunmayan və sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində tətbiq olunan digər imtiyazlar;
azadolma meyarı:
- Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar;
- “Xüsusi iqtisadi zonalar haqqında” və “Ələt azad iqtisadi zonası haqqında” qanunlarda nəzərdə tutulan imtiyazlar;
- vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar;
- qrant, humanitar və texniki yardım üzrə imtiyazlar;
- maliyyə xidmətləri və dövlətin yaratdığı maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar;
- qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar;
- Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar.
Mənbə: report.az