fbpx

Vergi Məcəlləsinə əlavə edilən maddələrlə bağlı məqamlar

posted in: Xəbər | 0
birbank biznes

Yeniliyi vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev şərh edir.

Vergi Məcəlləsinə 16.1.11-14-cü maddə əlavə olunub. Həmin maddəyə əsasən, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib.

Bununla yanaşı, 2024-cü ildən Vergi Məcəlləsinə 15.1.15-4-cü maddə də əlavə edilib. Həmin maddəyə əsasən, bu Məcəllənin 16.1.11-14-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada, bu Məcəllənin 30.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək vergi ödəyicisinin hüququdur.

Eyni zamanda, sözügedən dəyişikliklərin keçid müddəalarına əsasən, Vergi Məcəlləsinin yuxarıda qeyd olunan hər iki maddəsi (15.1.15-4 və 16.1.11-4-cü maddələri) “müəyyən etdiyi qayda”larla eyni gündə qüvvəyə minəcək. Bu isə o deməkdir ki, vergi ödəyiciləri mal və xidmətləri əldə etdikləri qarşı tərəflərin həqiqətən bu mal və xidmətlərini qanuni şəkildə (e-qaimə, alış aktı və s.) əldə edib-etməməsinə dair məlumatları müəyyən qaydalar çərçivəsində öyrənə biləcəklər.

Bir mühüm məqam da odur ki, vergi orqanları bu çıxış imkanlarını yaratmadan vergi ödəyicisindən 16.1.11-14-cü maddədə qeyd olunan vəzifələri tələb etməyəcək.

Əməkhaqqı cədvəli necə tərtib olunur

Print Friendly, PDF & Email
error: Content is protected !!