Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Vergi uçotu” üzrə onlayn təlimlərə müraciətlər qəbul olunur

posted in: Xəbər | 0
birbank biznes

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Vergi uçotu” üzrə onlayn təlimlərə müraciətlər qəbul olunur.

İştirakçılar təlim müddətində verginin mahiyyəti, vergi uçotunun əsasları, verginin növləri, onların hesablanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi kimi biliklərə sahib olacaqlar.

Müraciətlər Azərbaycanın bütün şəhər və regionlarından qəbul olunur. Təlimlər onlayn formatda keçiriləcək. Seçim zamanı regionlardan olan şəxslərə üstünlük veriləcək.

İştirak üçün əsas meyarlar:

– Maliyyə, mühasibatlıq, audit, vergi uçotu və ya iqtisadiyyatın digər sahələri üzrə ən azı peşə təhsili və ondan yuxarı təhsil pilləsi;

– Mühasibatlıq üzrə nəzəri və praktiki biliklərə sahib olmaq;

– Windows əməliyyat sistemində işləmək bacarıqları;

– Mühasibat uçotu sahəsində müəyyən təcrübənin olması üstünlükdür.

Təlim müddəti: 32 saat (2 ay)

Seçilmiş namizədlər üçün təlimdə iştirak ödənişsizdir.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.

Müraciətləri 24 mart, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:

https://cutt.ly/9zlkwYe


Print Friendly, PDF & Email