fbpx

Vergilər naziri və müavinlərinin oktyabrda qəbul günləri açıqlandı

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıMərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında bölgələrdə keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb. (Vergilər naziri)

Siyahıya əsasən, Vergilər naziri Mikayıl Cabbarov oktyabrın 18-də Sumqayıt şəhərində Abşeron, Siyəzən, Sumqayıt, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarının sakinlərini qəbul edəcək.

VN birinci müavini Sahir Məmmədxanov Masallıda vətəndaşları qəbul edəcək. Oktyabrın 15-də keçiriləcək qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarının sakinləri iştirak edə biləcəklər.

VN müavini Sahib Ələkbərov oktyabrın 24-də Hacıqabulda vətəndaşların müraciətlərini araşdıracaq. Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarının sakinləri dinləniləcək.

Biznes hesabi

Vergilər nazirinin müavini Mətin Eynullayev oktyabrın 21-də vətəndaşları Bərdə şəhərində qəbul edəcək. Görüşdə, həmin rayonla yanaşı, Mingəçevir, Yevlax, Şəki, Ağdam və Tərtər sakinləri iştirak edəcəklər.

Mənbə: vergiler.az



error: Content is protected !!