Vergilər Nazirliyinin əməkdaşı iş başında vəfat edib

posted in: Xəbər | 0

Vergilər Nazirliyinin əməkdaşıSumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib.

Hadisə 9-cu mikrorayonda, 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.

Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Bax: Rusiya vergi orqanları auditorlardan informasiya alacaqlar


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *