fbpx

Vergilər və Gömrük üçün plan 857 milyon manat artırılır

posted in: Vergi, Xəbər | 0

Vergilər GömrükVergilər və Gömrük üçün plan 857 milyon manat artırılır.


2020-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar proqnozu 7 milyard 875 milyon manat nəzərdə tutulur.

2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatına istinadən xəbər verilir ki, bu, cari ilin proqnozundan 559 milyon manat çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur.

Beləliklə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozu 857 milyon manat artırılır.

Dövlət Neft Fondundan transfert isə 14,3 milyon manat azaldılaraq 11 milyard 350 milyon manata endirilir.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat proqnozlaşdırılır, bu da 2019-cu ilin büdcə proqnozu ilə müqayisədə 966,5 milyon manat çoxdur.

2020-ci il dövlət büdcəsinin xərcləri 26 milyard 913,7 milyon manat proqnozladırılır ki, bu da 2019-cu ilə nisbətən 1 milyard 723,7 milyon manat və ya 6,8 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, qiymətli kağızların yerləşdirilməsindən, vahid xəzinə hesabının qalığı və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcəkdir.

Mənbə: marja.az



Print Friendly, PDF & Email

error: Content is protected !!