VÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?

posted in: Xəbər | 0

Fərdi sahibkar olan fiziki şəxs itmiş VÖEN şəhadətnaməsini kağız daşıyıcıda necə bərpa edə bilər? Buna görə hər hansı bir cərimə nəzərdə tutulubmu?

İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətindən bildirilib ki, şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır.

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.

Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin itirilməsinə görə hər hansı cərimə və ya ödəniş nəzərdə tutulmayıb.

Mühasibat xidmətləri

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi

Mənbə: vergiler.az

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb

error: Content is protected !!