Xaricdə auditin xüsusiyyətləri (I hissə)

posted in: Audit, Xəbər | 0
birbank biznes

Xaricdə auditin xüsusiyyətləri (I hissə)

Beynəlxalq auditin nəzəriyyəsi və təcrübəsi rəqabət şəraitində formalaşmışdır. Bu, çoxsaylı tədqiqatlar və həmin materialların ictimai müzakirələri ilə müşayiət olunurdu. Nəticədə, bu ona gətirib çıxardı ki, bu günə qədər möhkəm beynəlxalq hüquqi auditor əsası yaradılmışdır. Auditin təşkili formaları ətraflı işlənib hazırlanmışdır və bu, az əhəmiyyətli deyil. Auditor fəaliyyəti üçün çoxlu sayda metodik materiallar nəşr olunur və daim artırılır.

Xarici müəlliflər, məsələn, D. Roy, qərbdə ilkin auditin yalnız mühasibat hesabatlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və təsdiq edilməsi olduğunu söyləyirlər.  Daha sonra audit sistem-yönümlü bir forma aldı, praktik olaraq peşəkar auditorlar təşkilatçıların və müştərilərin işlərini icra edənlərin qarşılıqlı münasibətlərini daha yaxından araşdırmağa başladılar. Müasir auditə gəldikdə isə, demək olar ki, bu gün auditor fəaliyyəti riskə əsaslanır. Auditor fəaliyyəti prosesində təkcə təsdiqedici və sistemyönümlü auditin müsbət cəhətlərindən deyil, həm də əsasən statistik və ya qeyri-statistik tədqiqatlara əsaslanan seçmə auditdən də istifadə oluna bilər.

Hər bir ölkədə audit onun maliyyə-iqtisadi sisteminin elementidir ki, bu da onun məzmunu və funksiyalarını müəyyən edir. Müxtəlif ölkələrdə “audit” termininin müxtəlif təriflərindən istifadə olunur.

Amerika mühasiblər assosiasiyasının ABŞ-da əsas audit konsepsiyaları üzrə Komitəsinin nöqteyi-nəzərincə, audit bu iddiaların müəyyən edilmiş meyarlara uyğunluğunu müəyyənləşdirmək və yoxlama nəticələrini maraqlı istifadəçilərə təqdim etmək məqsədilə iqtisadi hərəkət və hadisələr haqqında şəhadətnamələrin obyektiv toplanması və qiymətləndirilməsi prosesidir.

Böyük Britaniyada auditor təcrübəsi üzrə komitə auditin daha sadə tərifini verir. Burada audit dedikdə, müəssisənin maliyyə hesabatlarının auditor tərəfindən xüsusi təyin edilmiş müstəqil baxılması üzrə fəaliyyəti və qanunla müəyyən edilmiş qaydalara riayət olunmaqla onlar haqqında rəyin ifadə edilməsi başa düşülür.

Xaricdə “audit” anlayışı hazırda ixtisaslaşdırılmış ədəbiyyatda və təcrübədə, bir qayda olaraq, geniş mənada tətbiq edilir: auditə mühasibat uçotu və maliyyə hesabatlarının və digər sənədlərin dəqiqliyinin müstəqil yoxlanması, qiymətləndirilməsi, ekspertizası əsas olan müxtəlif fəaliyyət növləri daxildir.

Xarici ədəbiyyatda bu konsepsiyanın daha dar şərhinə də rast gəlmək olar ki, audit adı altında yoxlama başa düşülür. Bunun nəticəsi olaraq maliyyə hesabatlarının düzgünlüyü və obyektivliyi haqqında rəyin formalaşdırılmasıdır. Beləliklə, xaricdə “audit”in müəyyən edilməsində maliyyə hesabatlarının yoxlanılmasına böyük diqqət yetirilir.

Qeyd etmək lazımdır ki, xarici ölkələrdə auditor peşəsinin müxtəlif adları vardır. Məsələn, ABŞ-da mühasib-auditor ictimai və ya diplomlu mühasib adlanır. Fransada auditorlar, mühasib-ekspertlər və ya hesablar üzrə komissarlar adlanır. Almaniyada auditorlar təsərrüfat nəzarətçiləri və ya kitab nəzarətçiləridir. Böyük Britaniyada və bir çox digər Avropa ölkələrində auditor, bu müfəttişdir və ya andlı mühasibdir və s.

Xaricdə müstəqil auditorlar fərdi işləmək hüququna malikdirlər, lakin bir qayda olaraq, onlar ayrı-ayrı təşkilatlarda və ya firmalarda birləşirlər, çünki bu, daha səmərəlidir. Müasir təcrübədə bu cür birliklərə misal kimi Böyük Britaniyadakı andlı mühasiblərin tanınmış mühasib firmalarını, ABŞ-da diplomlu ictimai mühasiblərin firmalarını və s. göstərmək olar.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email