Xaricdən rüsumsuz mal gətirilməsi üçün mövcud olan 1000 dollarlıq limit daha da azaldılacaq

posted in: Xəbər | 0

rüsumsuz malAzərbaycana xaricdən rüsumsuz mal gətirilməsi ilə bağlı qanunvericilikdə mövcud olan 1000 dollarlıq limitə yenidən baxılacaq. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehtiyab bildirib.

Xatırladaq ki, adı çəkilən limitə görə, istənilən vətəndaş xaricdən ümumi məbləği 1000 dollardan artıq olmayan əşyaları şəxsi istifadə üçün pulsuz gətirə bilərdi. İndi isə komitə sədri bildirib ki, bu məbləğə yenidən baxılacaq və o azaldılacaq.

Komitə sədrinin sözlərinə görə, bu addımın səbəbi xaricdən intenet vasitəsilə alınıb gətirilən malların, xüsusilə də mobil telefonların  vergidən kütləvi şəkildə yayınmasıdır. O bildirib ki, bu malların şəxsi istifadə üçün alındığı göstərilsə də, əslində onlar ölkəyə satılmaq üçün gətirilir: «Elektron ticarətə nəzarətlə bağlı, o cümlədən gömrük yığımları ilə bağlı vəziyyəti daha da təkmilləşdirmək üçün ciddi addımlar atmaq niyyətindəyik»-deyə komitə sədri bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, son vaxtlar KİV-lərdə, xüsusilə də sosial şəbəkələrdə komitənin elektron ticarətə mane olması, şəxsi istifadə üçün alınan malların vergiyə cəlb edilməsi barədə məlumatlar yayılır. Komitə sədri bildirib ki, elektron ticarətlə məşğul olan vətəndaş və sahibkarlar idxal etdikləri və xaricdən alıb gətirdikləri malları ölkəyə gətirməzdən əvvəl gömrük orqanlarına elektron şəkildə bəyan etməlidirlər: «Bu zaman risklərin idarə edilməsi baxımından məsələ araşdırılır və bundan sonra məlum olur ki, bunlar vergiyə düşür, yəni onlardan vergi tutulmalıdır, ya yox».

Komitə sədri bildirib ki, xaricdən şəxsi istifadə adı ilə telefon alıb gətirənlər büdcəyə böyük zərər vururlar: «Elekton ticarət adı altında bəzi qanunsuz işlərlə məşğul olan qaçaqmalçılıq halları aşkarlayırıq. Xüsusilə də mobil telefonların idxalında görürük ki, bu həddən artıq artıb. Poçt göndərişləri vasitəsilə ölkəyə ayda 28 min, 30 min, 48 minə qədər telefon gətirilir».

S.Mehdiyevin sözlərinə görə, hesablamalar göstərir ki, təkcə telefonlara görə, il ərzində təqribən 200 milyon manat həcmində vergi  və rüsumlardan yayınma baş verir: «Bu yayınma sırf mobil telefonların respublikaya «şəxsi istifadə» poçt göndərişləri vasitəsilə gətirilməsindən baş verir».

Cavabında Gömrük Komitəsi ölkəyə rüsumsuz mal gətirilməsi üçün 1000 dollarlıq limiti azaltmağı təklif edib: «Biz bununla bağlı ciddi danışıqlar aparırıq və Nazirlər Kabinetinin qərarı ilə tənzimlənən bu maddəyə, yəni rüsumsuz gətirilən poçt göndərişlərinin 1000 dollaradək olan məbləğinə yenidən baxılmasını təklif etmişik. Hesab edirəm ki, bu məsəyə aydınlıq gətirildikdən sonra dövlətə və büdcəyə çatacaq vəsaitlərin sui-istifadəsinin qarşısı alınacaq.

Necə gətirilməsindən və marşrutundan asılı olmayaq istəniən formada gətirilən mallara görə, dövlətə çatacaq vergi və rüsumlar ödənilməlidir. Cəmiyyətimiz və iş adamları bunu bilməlidir».

Mənbə: fed.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *