İstehsalatda baş verən xəsarət halında işçinin kompensasiya hüququ

posted in: Xəbər | 0
birbank biznes

sosial sığorta,Məlum olduğu kimi əmək müqaviləsi bağlanmış hər bir işçinin istehsalatda baş verəcək bədbəxt hadisələrdən icbari qaydada sığortalanması tələbi mövcuddur. İşəgötürən bu məqsədlə hər bir işçi üzrə müvafiq icbari sığorta müqaviləsini istənilən həyat sığorta şirkəti ilə bağlaya bilər. Müvafiq müqavilə olmadıqda və bədbəxt hadisə baş verdikdə işəgötürən sığorta şirkəti kimi həmin hadisəyə görə kompensasiya ödəmək öhdəliyi daşıyır.

Hər bir işçi sığorta müqaviləsi üzrə 1 illik əməkhaqqı fondu nəzərə alınmaqla, sığortalanır. Bir il hesablanarkən işçinin əmək müqaviləsində göstərilən 1 aylıq əməkhaqqı 12-ə vurulur.

İşçi peşə xəstəliyi və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini müəyyən faiz nisbətində müvəqqəti itirdikdə ona aylıq sığorta ödənişi məbləği təyin edilir. Bu məbləğ şəxsin orta aylıq əməkhaqqı həcmində olur. Bu halda da orta aylıq əməkhaqqı işçinin hadisə baş verməzdən əvvəlki son 12 aylıq (az işlədiyi halda işlədiyi ayların) əməkhaqqı cəminin 12-ə bölünməsi yolu ilə tapılır. Sığorta ödənişi verilərkən orta aylıq əməkhaqqı şəxsin əmək qabiliyyətini müvəqqəti itirmə faizi nəzərə alınmaqla ödənilir. Bu itki faizini müvafiq səlahiyyətli orqan müəyyən edir.
Qeyd edək ki, bədbəxt hadisə halında işəgötürən dərhal Dövlət Əmək Müfəttişliyinə, 3 iş günü ərzində isə sığortaçıya məlumat verməlidir. Səlahiyyətli orqan tərəfindən dərhal hadisənin təhqiqi aparılır, Komissiya formalaşdırılır, işəgötürən və komissiyanın iştirakı ilə İZ formalı akt tərtib edilir və şəxsin əmək qabiliyyətini itirmə dərəcəsi müəyyən edildikdən sonra bütün sənədlər sığortaçıya təqdim edilir. Sığorta şirkəti isə 10 iş günü müddətində nağdsız qaydada sığorta ödənişini ödəyir.

İcbari əmlak sığortası zamanı əmlakın dəyərinin hesablanması şərtləri


Print Friendly, PDF & Email