Daşkənddən olan məmur “Xeyirxahlıq və dəstək” xeyriyyə fondundan pul mənimsəyib

posted in: Xəbər | 0

Daşkənddə xeyriyyə fondundan pul mənimsənilib

Daşkənd vilayətinin Akkurqansk rayon hakiminn (icra başçısı) müavini “Məhəllə” fondunun rayon şöbəsinin baş mühasibi ilə birlikdə iki fonddan ümumilikdə 153 milyon sumdan (15 min dollar) çox vəsaitləri mənimsəyiblər. Bu hadisə barədə Özbəkistanın baş prokurorluğunun mətbuat xidməti məlumat verib. Cinayətdə şübhəli bilinənlərin adları çəkilməyib. Yalnız müvafiq olaraq ad və soyadlarının baş hərfləri (M.A. və B.N.) göstərilib.

Onlar birlikdə cinayət əlaqəsinə girərək, “Məhəllə” ictimai xeyriyyəçilik fondundan 109, 2 milyon sum (10,7 min dollar) və “Saxovat va kumak” (“Xeyirxahlıq və dəstək”) xeyriyyə fondundan isə 44 milyon sum (4,3 min dollar) vəsaitləri mənimsəyiblər. Mənimsədikləri pulları onlar özlərinin şəxsi ehtiyacları üçün sərf ediblər.

Mənimsəmə faktı üzrə Baş prokurorluğun Daşkənd vilayət idarəsi, Özbəkistan CM-nin 167-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi üzrə cinayət işi qaldırılıb. (Mənimsəmə və ya israfçılıq yolu ilə xüsusilə külli miqdarda oğurluq etmə).


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *