Göstərdiyimiz xidmətə görə NKA çeki yoxsa mədaxil qəbzi verməliyik?

posted in: Xəbər | 0
birbank biznes

Kassa çekiSual: Yağdəyişmə xidməti göstərən servisdə VÖEN-ə malik usta (yeri özü icarəyə götürüb) müştərinin avtomobilinin yağını dəyişməsi ilə bağlı göstərdiyi xidmətə görə nəzarət kassa aparatı (NKA) istifadə etmədən müvafiq ciddi hesabat blankı olan mədaxil qəbzini müştəriyə təqdim edə bilərmi?

Eyni zamanda, yağdəyişmə zamanı istifadə etdiyi yağ satış sayılırmı?

VM-nin 13.2.11-ci maddəsinə əsasən “Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.”

Burada istifadə olunmuş yağın dəyəri mədaxil qəbzində göstərilməlidirmi?

Ümumilikdə göstərilmiş bu xidmətə görə alınmış vəsaiti NKA olmadan mədaxil qəbzi ilə rəsmiləşdirmək olarmı?


ƏDV bəyannaməsinin 301 və 307-ci sətrində hansı məbləğ göstərilməlidir?

Cavab: Bildiririk ki, göstərilən xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir. Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən mal ayrıca təqdim olunmursa xidmətin tərkib hissəsi hesab olunur. Qeyd olunan maddəyə əsasən sorğunuzda mühərrik yağı xidmət göstərilən zaman ayrıca təqdim edilmirsə xidmətin tərkib hissəsi sayılır və bu zaman xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir. Xidmət göstərilmədiyi halda mühərrik yağı ayrıca təqdim olunarsa pərakəndə ticarət fəaliyyəti hesab olunur və satış NKA tətbiq edilməklə həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.11-ci, 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email