Sahibkarlara göstərilən xidmətlərin çox hissəsi elektronlaşdırılıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə 2026-cı ilin yanvar-iyun aylarında 13 milyondan artıq müraciət qeydə alınıb. Müraciətlərin 92,2%-i elektron xidmətlərin payına düşür.

Hazırda İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 289 xidmət göstərilir ki, onların 181-i (62,6%) elektronlaşdırılıb.

Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə www.economy.gov.azwww.lisenziya.gov.az, həmçinin Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, eləcə də müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.

Sahibkarlar bu onlayn platformalar vasitəsilə zəruri iqtisadi və hüquqi informasiya əldə edə və biznes fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər.

Mühasibat xidmətləri

Sahibkarlara lisenziyaların verilməsi xidməti tam elektronlaşdırılıb. Biznes nümayəndələri müvafiq fəaliyyət növləri üzrə lisenziya almaq üçün “Lisenziyalar və İcazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Bununla yanaşı, lisenziya müraciətləri müvafiq “ASAN xidmət” mərkəzləri və KOB evləri vasitəsilə də təqdim oluna bilər.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinin “Elektron Xidmətlər Portalı” vahid pəncərə funksiyasını yerinə yetirərək istifadəçilərə elektron kabinet vasitəsilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların da xidmətlərindən yararlanmaq imkanı yaradılıb. Portalda istifadəçilərə müraciət etdikləri xidmətin icra prosesini izləmək və xidmətdən istifadə barədə rəy bildirmək imkanı təqdim olunur.

Dövlət xidmətlərinin səmərəliliyinin və istifadəçi məmnunluğunun artırılması məqsədilə İqtisadiyyat Nazirliyi xidmətlərin elektronlaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi və prosedurların optimallaşdırılması istiqamətində işləri davam etdirir.

Mənbə: vergiler.az

Risk əsaslı yanaşma: ödəniş alətlərində yeni dəyişikliklər

error: Content is protected !!