fbpx

Şirkətin balansında olmayan avtomobillərin yanacaq xərci gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 1
birbank biznes

Sual: Balansında yük maşını olmayan, yükdaşıma xidməti göstərən firma daşımaya cəlb etdiyi maşınlara yanacaq verə bilərmi? Əgər verə bilərsə hansı sənədlərə əsasən yanacaq hesablanmalıdır. (yanacaq xərci)

Cavab: Bildiririk ki, müraciətinizdə qeyd olunan halda tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən asılı olaraq müəssisə həmin şəxsləri yanacaqla təmin edə bilər. Qeyd olunan xərclər bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğu halda yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar çəkilən yanacaq xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu zaman rezident fiziki şəxs yanacağın sərfiyyatına dair işin icrası haqqında məlumatı (haradan haraya), getdiyi yürüşü (km.) və s. əks etdirən müvafiq təsdiqedici sənədləri müəssisəyə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax: On beş yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilərmi?


Print Friendly, PDF & Email

  1. Gülnarə
    |

    Şirkətin balansında olan avtomobili şirkətin rəhbəri şəxsi istifadəsi üçün istifadə edirsə (işə gedib gəlmək) və həmin avtomobilə yanacaq pulu verilirsə, bu məbləğ işçinin gəliri kimi DSMF, işsizlikdən sığorta və gəlir vergisinə cəlb edilməlidirmi?

error: Content is protected !!