Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Mühasib köməkçisiƏDV ödəyicisi olan hüquqi şəxslər öz mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edərkən yaranan vergi öhdəliyi ilə bağlı məsələlərə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə aydınlıq gətirir.

Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən onların mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilmişdir. Beləliklə, hazırda qüvvədə olan qanuna əsasən, ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin 1 yanvar 2020-ci il tarixdən sonra təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 104 və 159-cu maddələrinin tələblərinə görə müəyyən edilmiş ümumi qaydada ƏDV və mənfəət vergisinə cəlb edilir.

Vergi Məcəlləsinin 114.3.1-ci maddəsində göstərilir ki, torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclərə, binalara, tikintilərə və qurğulara illik 7 faizədək amortizasiya hesablanmalıdır. Bununla belə, Məcəllənin 114.6-cı maddəsinə əsasən, vergi ilində təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə amortizasiya xərci hesablanmır.

Misal: Tutaq ki, “A” MMC ƏDV ödəyicisidir və mülkiyyətində ilkin dəyəri 98.000 manat olan və yığılmış amortizasiyası 13239.8 manat olan qeyri-yaşayış sahəsini 177.000 manata satmışdır.

ƏDV= 177000/1.18*18%=27000 manat;

Mənfəət vergisi = (177000-27000-84760.2)*20%=13047.96 manat;

Beləliklə MMC 27.000 manat əlavə dəyər vergisi və 13047.96 manat isə mənfəət vergisi ödəyəcəkdir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email