Yeni nəsil biometrik şəxsiyyət vəsiqələrindəki “elektron imza” pulsuz aktivləşdiriləcək

posted in: Xəbər | 0
birbank biznes

elektron imza“Sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil biometrik şəxsiyyət vəsiqələrinin daxilində yerləşdirilən “elektron imza” pulsuz olacaq”.

Bunu “Report”a Məlumat Hesablama Mərkəzindən (MHM) bildiriblər.

Qurumun açıqlamasına görə, şəxsiyyət vəsiqəsi alan vətəndaş anket doldurduğu zamanı “elektron imza”nın aktivləşdirilməsini istəməlidir:

“Şəxsiyyət vəsiqəsi 10 illik, elektron imza isə 5 illik verilir. Bu müddət bitdikdən sonra vətəndaş müddəti uzatmaq üçün müraciət edə bilər”.

Qeyd edək ki, hazırda elektron “elektron imza” 3 il müddətinə verilir və bu müddət üçün birdəfəlik ödəniş 18 manatdır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email