Yenidən qiymətləndirmə zamanı yaranan fərq əmlak vergisi bəyannaməsində necə əks etdirilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

Sual: Firma əsas vəsaitləri yenidən qiymətləndirmiş, 100.000 AZN olan qalıq dəyəri 120.000 AZN olmuşdur. Vergi Məcəlləsinə əsasən yenidən qiymətləndirmədən yaranan müsbət fərq məbləği olan 20.000 AZN əmlak vergisindən azaddır. Əmlak vergisi bəyannaməsinin azadolmalar üçün əlavələrində yenidən qiymətləndirmədən yaranan müsbət fərqin əks etdirilməsi yoxdur. Yenidən qiymətləndirmədən sonrakı dəyəri bəyannamənin vergi hesablama hissəsində – “azad olma”da göstərilsə də əlavələrdə uyğun maddənin əks etdirilməsi olmadığı üçün vergi orqanı kameral qaydada hesablama edir. Bu problemin olmaması üçün nə etməliyik?

Cavab: Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası Vergi Məcəlləsinin 202-ci maddəsi ilə tənzimlənir. Əmlak vergisinin məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Beləliklə, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan müsbət fərq əmlak vergisindən azadolma şəklində müəyyənləşdirilmədiyindən əmlak vergisi bəyannaməsinin Əlavəsində – “Vergidən azad olunan əmlakın dəyəri haqqında məlumat” hissəsində əks etdirilməsinə zərurət yoxdur.

Mənbə: taxes.gov.az


Bax: Səfərbərlik zamanı əmək münasibətləri necə tənzimlənir?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email