Zodiak bürclərinin ən varlıları (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

bürcUlduzlar kimə daha çox maliyyə firavanlığı vəd edirlər? Və öz qoroskopunuzda necə qazana bilərsiniz?

Öncə bir qədər statistika haqqında. Forbes jurnalının versiyasına görə dünyadakı varlı adamların siyahısını təhlil etsək, ən varlı bürc Şirdir. Onun payına “qızıl yüzlükdən” 14 faiz kapital düşür. Əkizlər və Dolçalar hərəyə 11 faiz, Qoç və Tərəzi bürcləri hərəsi 10 faiz payla 4-5-ci yerləri bölüşürlər. Buğaların və Balıqların da milyard dollar qazanmaq şansı var (7,7%), Əqrəblər və Oğlaq bürcündən olanlar təvazökar şansa malikdirlər (6,6%). Qız və Oxatan bürcündən olanlar geridə qalırlar. “Xoşbəxtlik pulda deyil” məsəlinə inansaq, Xərçənglər həyatlarından daha çox məmnundurlar, 100 nəfərlik siyahıda onlardan cəmi 2 nəfər var. Qoroskopa əsaslanaraq bu və ya digər şəxsin maliyyə sahəsində uğur dərəcəsini müəyyən etmək olarmı? Sizə bu göstəriciləri yoxlamağı təklif edirik.

Həmçinin bax: Temperament tipinə görə peşə seçimi

QOÇ

Qoçlar uşaqlıqdan bir yerdə oturmağa öyrəşməyiblər. Nəticədə bu, həmin işarədən olanların karyerasında da özünü göstərir, qoçlar bir istiqamətdə uzun zaman işləməyi sevmirlər. Səbəbi – təlatümlü temperamentləri və digər bir sahədə daha böyük uğurlar əldə etmək arzusudur. Qoçların sakitləşməyən ambisiyaları – onların tərəqqi mühərrikidir. Təəccüblü deyil ki, həyatlarında  daha çox rəhbərlik kreslolarında yayxanaraq oturub əmrlər verdikdə, onlar özlərini daha komfortlu hiss edirlər. İri məbləğdə qazanc əldə etməyin zəruri şərti – işdən həzz almaqdır. O da düzdür ki, iri məbləğdə pullar onların cibində uzun zaman qalmır. Təbiətən cəsurluq və impulsivlik çox vaxt onları bizim həyatımızın qəhrəmanları edir – polis işçiləri, yanğınsöndürənlər… Qoçlara böyük miqdarda sərvət gətirə biləcək peşələr bunlardır: idman məşqçisi, biznes-təhlilçi, arxitektor, interyer dizayneri,  reklamçı, siyasətçi, teleaparıcı.

BUĞA

Pula sevgi buğaların qanına işləyib. Bütün zodiaklar arasında pula daha çox istiqamətlənən bürc buğadır. Onların mühüm üstünlüyü ondadır ki, buğalar qazandıqları vəsaitlərə qənaət etməyi bacarırlar. Onların ən başlıca məqsədi özlərini gözəl, dadlı, yüksək keyfiyyətli şeylərlə əhatə etmələri və maksimum komfortlu həyat sürməkdir. Elə buna görə də onlara pul çox gərəkdir. Astrologiyada Buğalar maliyyə iqamətgahının ikinci Evini təmsil edirlər: onlar özlərini işləməyə məcbur etmirlər. Buğalar ən çox stabilliyi dəyərləndirirlər. Buna görə, iş yerində onlara müəyyən zəmanətlər lazımdır: fiksasiya olunmuş məzuniyyət, yaxşı sığorta, gündəlik əmək haqqı. Əzmkar və düzgündürlər, onlar komandada yaxşı münasibət qura bilirlər. Buğalar adamlarla deyil, mallarla daha yaxşı işləyirlər. Onlar məntiqi mülahizələr tətbiq etmək mümkün olan sahələrdə yüksək nəticələr göstərə bilirlər. Buğalardan əla təhlilçi, maliyyəçi, tibb və elm sahəsində tədqiqatçı, baş-aşpaz, landşaft dizayneri, hüquqşünaslar çıxa bilər. Həmçinin çiçəklər, qidalar, zərgərlik və əntiq əşyalar sahəsində işlər də onlara uyğun gəlir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏKİZLƏR

Əkizlər eyni zamanda bir neçə iş görməyi bacarırlar və o səbəbdən ən varlı zodiak işarəsi siyahısında liderlik edirlər. Çox mütəhərrik və yaradıcı ağla malikdirlər – heç vaxt onların nə deməyə hazırlaşdıqlarını bilə bilməzsən. İlk məqamda onlar sizin dediyiniz və etdiyinizlə tam razılaşırlar; lakin, bir az düşündükdən sonra öz fikirlərini kəskin şəkildə dəyişə bilərlər. Bu, nadir zodiak işarəsidir ki, yalnız rəhbərliyi xoşlamamaq üzündən uğurlu və qazanclı iş yerini tərk edə bilərlər. Əkizlər – xəyalpərəstdilər. İş yerində onlar daim fərqlənməyə çalışırlar, siz hətta ən böyük kollektivdə belə onları səhvsiz müəyyən edə bilərsiniz. Darıxdırıcı işləri sevmirlər. Əkizlər optimistdirlər və enerji ilə doludurlar – onlar ənənəvi qaydalardansa, öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etməyi xoşlayırlar. Əkizləri varlı və xoşbəxt etmək istəyirsiniz? Ona elə sahələrdə iş tapşırın ki, orada yaradıcı və intellektual potensialını realizə edə bilsin: musiqi sənayesindən tutmuş kompüter qrafikasına qədər.

Digər bürclər haqqında növbəti yazılarımızda məlumat verəcəyik.


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *