“0” dərəcə ƏDV sertifikatının vaxtı ayın ortası bitərsə, ayın sonu VHF-ni qarşı tərəfə necə verməliyik?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ədvSual: Sualım “0” dərəcə ƏDV üzrə sertifikatla bağlıdır. Belə ki, müəssisəmiz müntəzəm xidmət göstərir (rabitə xidməti). Elə kateqoriya müəssisələr var ki, bizə “0” dərəcə ƏDV üzrə sertifikat təqdim etmişlər və təbii ki, göstərdiyimiz xidmətə görə “0” dərəcə ƏDV-yə cəlb olunurlar. Sualım belədir: əgər sertifikatın müddəti, misal üçün, aprelin 14-ü bitirsə və yeni sertifikat təqdim edilmirsə aprel ayında göstərilən xidmətə görə ƏDV hansı %-lə hesablanmalıdır?

Cavab: Bildiririk ki, malı, işi xidməti təqdim edən şəxsə alıcı tərəfindən müvafiq sertifikat təqdim olunduğu halda ƏDV sıfır (0) faiz dərəcə ilə tətbiq olunur. Sertifikat təqdim olunmadıqda Azərbaycan Respublikası ərazisində Hasilatın Pay Bölgüsü Haqqında Saziş çərçivəsində yerinə yetirilməsinə baxmayaraq iş və xidmətlərə 18% dərəcə ilə ƏDV tətbiq edilir. Bu baxımdan da sorğunuzda qeyd olunan tarixədək ƏDV tətbiq olunmamalı, həmin tarixdən sonrakı gündən etibarən ƏDV ümumi qaydada 18 faiz dərəcə ilə tətbiq olunmalıdır.

Bax: Müxtəlif Sazişlər üzrə “ ƏDV haqqında Protokol”lar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email