Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixində imzaladığı Sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 – cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərə öz töhfələrini vermək məqsədi ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və Mühasibat.Az “100 illiyin Mühasibi” layihəsini ərsəyə gətirdilər.
Layihə haqqında ətraflı məlumat:
Layihə çərçivəsində 5 mühasib 5 ay ərzində ödənişsiz olaraq həm təlim, həm praktiki təcrübə keçmək imkanı qazanacaqlar. Namizədlər sırasından test və müsahibə əsasında 5 nəfər seçilərək, 5 ay müddətində təlim (Maliyyə Elm-Tədris Mərkəzi – 3 ay) və praktiki təcrübə (Mühasibat.Az – 2 ay) keçəcəklər. Layihənin sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir. Göstərdikləri nəticələrdən asılı olaraq, layihə iştirakçılarından birinci yerin sahibi layihə başa çatdıqda işlə təmin olunacaq. Digər 4 iştirakçı isə layihəni uğurla bitirdikləri halda işlə təmin olunması üçün əməkdaşlıq etdiyimiz şirkətlərə tövsiyyə ediləcəkdir. Layihə 01.03.2018 – 01.08.2018 tarixləri ərzində baş tutacaqdır.
İştirakçılara dair tələblər:
- Mühasibat uçotu və audit ixtisas üzrə 4-cü kurs tələbələri və ya həmin ixtisas üzrə ali təhsilini bitirmiş şəxslər;
- Komandada işləmək bacarığı;
- İntizamlılıq və məsuliyyətlilik.
- Bu sosial layihədən daha çox insanın məlumatlı olması üçün postu paylaşmalı və 3 nəfər mühasibat uçotu sahəsində təhsil almış dostunu işarələməli (tag).
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər özləri haqqında məlumatı 19 fevral 2018-ci il tarixinə qədər və elektron ünvanlarına göndərmələri xahiş olunur. Mövzu yerinə “100 illiyin mühasibi” qeyd etməyi unutmayın.
Əlaqə vasitələri:
Telefon: +994 (012) 404-81-59; +994 (012) 598-20-70
Website: www.tedris-maliyye.gov.az