Özbəkistanda 1200-dən çox vergi əməkdaşı işdən çıxarılıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi əməkdaşıÖlkənin Vergilər Komitəsinin mətbuat xidmətinin açıqladığı rəsmi məlumata əsasən, vergi orqanları sıralarından 1245 əməkdaş xaric edilmişdir. Bundan əlavə, pərakəndə ticarət və xidmətlərin göstərilməsi sahəsində qanun pozuntularının qarşısının alınması üzrə baş idarə və onun ərazisində fəaliyyət göstərən bölmələri də ləğv edilmişdir. Açıqlamaya əsasən, bu addım korrupsiya hallarının aradan qaldırılması məqsədilə atılmışdır. Komitədən təsdiq edilmişdir ki, təsərrüfat subyektlərinin yoxlanılmasına müvəqqəti qadağa qoyulmuşdur.

Dövlət Vergilər Komitəsinin sahibkarlara müraciətində göstərilmişdir ki, vergi orqanı əməkdaşları tərəfindən hər hansı korrupsiya və ya əsassız sıxışdırılma halları olarsa, komitənin qaynar xətt telefonlarına zəng edə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email