1300 manat məvaciblə Mühasib tələb olunur

birbank biznes

Vəzifə: Mühasib

Şirkətin adı: “Modern Group of Companies” MMC

“Modern Group of Companies” MMC 19 fərqli sektorda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda meyvə şirəsi və qazsız içki istehsalı, tibb mərkəzi, IT texnologiyaları xidməti, mebel istehsalı və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili işçi məmnuniyyətinə xüsusi önəm verir.

İşin adı: Mühasib
İş yeri: Bakı şəh. ətrafinda
İş təcrübəsi: Minimum 3 il
Əmək haqqı: 1000-1300 AZN
İş qrafiki: 5 günlük (09:00 – 18:00)

600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur


Vəzifə öhdəlikləri:

• Həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının maliyyə və digər qanunvericiliyinə uyğunluğunu təmin edir;
• Maliyyə hesabatlarını kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir;
• Mühasibat uçotu barədə qanunvericiliyə müvafiq olaraq təşkilatın uçot siyasətini formalaşdırır;
• Mühasibat uçotu hesablarında, həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının əks olunmasına nəzarət edir, təşkilatın maliyyə vəziyyəti barədə dəqiq məlumatlar əldə edir;
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu və təşkilatın ehtiyatlarına qənaətcil istifadəsinə nəzarəti və onun mülkiyyətinin qorunmasının təşkil edir;
• Cəmiyyətin gəlir və xərclərinin uçotu, xərclər smetasının icrası, istehsalın realizasiyası, işlərin (xidmətlərin) icrası, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunu təşkil edir;İlkin sənədlər və mühasibat qeydləri əsasında Müəssisənin düzgün hesabatını tərtib edir, onun müəyyən olunmuş müddətdə hesabat istifadəçilərinə təqdimatını təmin edir;
• Cəmiyyətin ilkin və mühasibat sənədlərinin, hesablaşma və ödəmə öhdəliklərinin hazırlanması qaydalarına nəzarət edir;
• Pul vəsaitlərinin, mal-material sərvətlərinin, əsas fondların, hesablaşma və ödəmə öhdəliklərinin inventarlaşdırılmasında müəyyən olunmuş qaydalara və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edir;


Mühasib köməkçisi tələb olunur


Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Vergi və əmək məcəlləsi üzrə biliklər,
• 1C proqramı ilə işləmək bacarığı
• Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
• Şəxsi avtomobil arzuolunandır

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını   / e-mail ünvanına 18.01.2019 cü il tarixinə qədər mövzu yerində “Mühasib” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email