Sual: Sadələşdirilmiş vergi ödəyicisi hansı halda ƏDV qeydiyyatına ərizə verməyə borcludur? – Əvvəlki 12 ayda hasilatın həcmi 200.000 Azn keçdikdə yoxsa əvvəlki 12 ayda dövriyyənin həcmi 200.000 Azn keçdikdə?
Cavab: Bildiririk ki, ƏDV-nin vergitutma bazasını malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi təşkil etdiyindən, ƏDV-nin məqsədləri üçün qeydiyyat üçün ərizə ikinci halda, yəni vergi ödəyicisinin vergi tutulan dövriyyəsi 200.000 manatdan artıq olduqda verilir.
Bax: Vergi Məcəlləsinin 155.1-ci və 218.1-ci maddələri.
Mənbə: taxes.gov.az