Vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında
2017-ci il ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 312450 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2472882 SMS göndərilib. 2017-сi il ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 5211125 daxilolma qeydə alınıb.
Vergi ödəyicilərinə xidmət strukturlarında 486.318 vətəndaş qəbul edilərək onlara 744.149 sayda xidmət göstərilib. 2018-ci ilin 1 yanvar tarixinə vergi ödəyicilərinə ümumilikdə 404646 sayda ASAN İmza sertifikatı verilib. 2017-ci il ərzində 148.990 vergi ödəyicisi (11860 hüquqi şəxs, 137130 fiziki şəxs), 31782 təsərrüfat subyekti (obyekti), 17167 nəzarət–kassa aparatı və 6803 POS-terminal qeydiyyata alınıb.
Media Kommunikasiya Mərkəzi
Mənbə: taxes.gov.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.