2017-ci ilə aid xərcə 2018-ci ildə e-qaimə verilərsə, hansı ilin mənfəət bəyannaməsində göstərilməlidir?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

Sual: Hesablama metodu ilə mühasibatlıq aparan vergi ödəyicisi 2017-ci ilin dekabr ayında biznes fəaliyyəti ilə əlaqədar rabitə xidməti almışdır. Bu xidmətlə əlaqədar 17 yanvar 2018-ci il tarixində elektron qaimə-faktura almışdır. Mənfəət vergisi məqsədilə bu xərc hansı ildə gəlirdən çıxılmalıdır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Odur ki, göstərilən maddəyə müvafiq olaraq sorğunuzda qeyd edilmiş birinci halda çəkilmiş xərclər, ikinci halda isə əldə edilmiş gəlir 2017-ci ildə nəzərə alınmalıdır.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilməlidir.

Elektron qaimə-faktura malların təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.

Bax: Vergi Məcəlləsinin 130-cu və 134-cü136-cı maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

  1. İlqar
    |

    Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəliri və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin şəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə alınır.
    Bununla əlaqədar olaraq e-qaimənin göndərilməsi və digər tərəfdən isə onun təsdiq edilməsi xərclərin çəkilməsi öhdəliyinin yaranmasını təsdiq edir.Odur ki, xərc 2018-ci ildə nəzərə alınmalıdır