21 noyabr Rusiyada Mühasiblər Günüdür

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Baxmayaraq ki, dünyada Beynəlxalq Mühasiblər Günü noyabrın 10-da qeyd olunur, elə ölkələr də var ki, həmin peşə bayramını başqa bir tarixdə Milli Mühasiblər Günü kimi qeyd edirlər. Bu ölkələrdən biri də Rusiyadır.

Mühasib Günü – mühasibat uçotu sahəsində çalışan mütəxəssislərin peşə bayramıdır. Demək olar ki, bütün peşə nümayəndələrinin öz bayramları var. Rusiyada təqvimdə Mühasib Günü ilə bağlı qırmızı rənglə qeyd olunmuş tarix yoxdur. Buna baxmayaraq, mühasiblərin əksəriyyəti ənənəvi olaraq həmin tarixi günü noyabrın 21-də, Rusiya prezidenti Boris Yeltsinin 1996-cı ildə “Mühasibat uçotu haqqında” Qanunu imzaladığı gün qeyd edirlər. Yeri gəlmişkən, həm də vergi orqanları öz bayramlarını, məhz, noyabrın 21-də qeyd edirlər.

Bir çox illərdir ki, Moskva mühasibləri öz peşə bayramlarını noyabrın 16-da qeyd edirlər. Bundan əlavə bəzi mənbələrdə mühasiblər gününün noyabrın 25 və ya 28-də – “Mühasibat uçotu haqqında” Qanunun dərc edildiyi tarixdə qeyd olunması barədə də məlumatlar tapmaq olar. Bir sözlə, dəqiqliyi sevən bir peşə üçün xarakterik olmayan qarmaqarışıqlıq hökm sürür.

Təkcə ayrıca götürülmüş bir müəssisənin deyil, bütün dövlətin iqtisadiyyatının uğuru, məhz mühasiblərin dəqiq işindən asılıdır.

Maraqlıdır ki, Rusiyanın bəzi regionlarında Mühasib Günü ilə bağlı regional bayramlar da qeyd olunur. Məsələn, Yaroslavl vilayətində bu bayram aprelin ilk istirahət günü qeyd olunur. Volqoqrad vilayətində Mühasib Günü noyabrın 1-də, Krasnoyarsk diyarında noyabrın 12-də, Sankt-Peterburqda noyabrın 15-də, Moskvada isə noyabrın 16-da, Tatarıstanda noyabrın son cümə günü qeyd olunur.

Print Friendly, PDF & Email