33 milyon manat məbləğində vergidən yayınma

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergiBaş direktor və mühasib dövlətdən 1 milyard 300 milyon rubl (təxminən 33 milyon manat) məbləğində vergini gizlədiblər.

Nalçik şəhər məhkəməsinə (Rusiya) respublika müəssisələrindən birinin baş mühasibi ilə bağlı cinayət işi göndərilib. Qadın özünün bilavasitə rəhbəri ilə birlikdə iri məbləğdə vergi ödənişindən yayınıb.

Rusiya Federasiyası Baş prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, Kabarda-Balkariyada fəaliyyət göstərən şirkətlərdən birinin baş direktoru, baş mühasiblə cinayət əlaqəsinə girərək, 2014-cü ilin mart ayından, 2016-cı ilin oktyabr ayına kimi vergi bəyannaməsinə bilərəkdən yalan məlumatlar daxil ediblər ki, bu da onların 1 milyard 300 milyon rubl məbləğində vergidən yayınmalarına gətirib çıxarıb.

Bir qrup şəxs tərəfindən öncədən əlbir olmaqla külli miqdarda vergi ödənişindən yayınmaq maddəsilə baş mühasib mühakimə olunacaq. Direktoru tapmaq hələ mümkün olmayıb. Belə ki, o istintaqdan qaçaraq gizlənib. Hazırda baş direktor beynəlxalq axtarışa verilib.

Həmçinin bax: Vergi əməkdaşına rüşvət verən mühasibin aqibəti

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email