37 yaşlı boss – Rassel E. Palmer

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

mühasib peşəsi,Rassel E. Palmer 21 yaşında Miçiqan ştatının universitetini bitirmişdi və Böyük Səkkizlikdən olan şirkətlərdən biri – “Touche Ross Detroit” şirkətinə işə düzəlmişdi. “Mən qərara gəlmişdim ki, bir qədər pul topladıqdan sonra hüquq məktəbində təhsilimi davam etdirəcəyəm”, o, belə xatırlayır. 16 ildən sonra – 37 yaşında o, şirkətin idarəedici tərəfdaşı oldu. Onun illik gəliri 300 000 dollar təşkil edirdi.

Rassel Palmerin uğuru, auditin bu gün tələbələr arasında nə üçün bu qədər populyar olduğunu izah edir. Aydındır ki, audit gəlirli işdir və burada başgicəlləndirici uğura tez nail olmaq mümkündür. 800 ən yüksək ödənişli rəhbərlərdən yalnız 15 nəfəri Palmerdən gəncdir.

Məşhur mühasibdir? Heç də belə deyil. “Mən ən nəhəng şirkətlərdən birinin icraçı direktoruyam, – özü haqqında Palmer belə deyir. – Mən istənilən bir digər idarəedici kimi eyni işi yerinə yetirirəm”.

Bu şeylərdən biri müştərləri xoşbəxt etməkdir. O, şəxsi vaxtının çox hissəsini partnyorlarla “Touche Ross” işçiləri və müştəriləri arasında yaxşı əlaqələr qurmağa sərf edir.

Amerikanın sertifikatlaşdırılmış mühasiblər institutunun etika kodeksi özünə elə də asan olmayan bir qaydanı – “zərər verməyin” qadağan edilməsini daxil edib. Qaydada deyilir ki, auditor korporasiyalarına potensial müştəri ilə yaxınlaşmaq qadağandır. Müştərinin onları seçməsini gözləməlidirlər.

Palmer bu qaydaya riayət edir və bunun sayəsində biznes icmasında yüksək statusa malikdir. O, sertifikatlaşdırılmış auditorların xidmətlərinə ehtiyacı olan iri biznes rəhbərləri ilə əlaqə saxlamaq üçün 11-ə yaxın ictimai təşkilatın İdarə heyətinin üzvüdür.

“Siz daim müştərilərin diqqətində olmalısınız”, – Palmer bəyan edir. Görünür ki, bu qayda işləyir – Palmerin beşillik idarə etməsi altında “Touche Ross” şirkətinin gəlirləri ikiqat artıb.

Böyük Səkkizliyə daxil olan şirkətlərdə 4448 tərəfdaş işləyir və onlardan yalnız 17 nəfəri qadındır, 15 nəfərdən də azı isə qaradərili mütəxəssislərdir. Ola bilsin ki, bu faktı keçmişin ayrı-seçkiliyinin sübutu kimi qəbul edə bilərsiniz, ancaq buna başqa cür baxmağa çalışın – buna öz karyerasını sürətlə inkişaf edən sahədə qadınlar və qaradərililər üçün böyük perspektiv kimi yanaşın. Firmaların böyük əksəriyyəti hazırda bu ədalətsizliyi aradan qaldırmaq istəyirlər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email