4 aya 46,6 milyon vergi cəriməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi cəriməsi Bu ilin yanvar-aprel aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyaların məbləği açıqlanıb.

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd olunub.

Sənəddə bildirilib ki, bu ilin 4 ayında aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 46 mln. 581,3 min manat olub. Bununla da dövlət büdcəsində illik proqnoz 33,3% icra olunub.

Həmçinin oxu: POS-terminal vasitəsilə məbləğin NKA-ya vurulmamasına görə bizi hansı cərimələr gözləyir?

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 4 mln. 531,7 min manat və ya 10,8% artıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email