Biznesi məhv edə biləcək 5 mühasib keyfiyyəti

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Fərdi sahibkarın sağ əli və əsas köməkçisi olacaq yaxşı bir mühasibə malik olmağın nə qədər vacib olduğu aydındır. Biznesdə maliyyə-iqtisadi qaydaya görə, məhz, o məsuliyyət daşıyır.

Amma əgər mütəxəssisdə öz vəzifələrini vicdanla yerinə yetirmək üçün kifayət qədər bilik, təcrübə və şəxsi keyfiyyətlər çatmırsa, müəyyən çətinliklər yarana bilər. Hər bir rəhbərin vəzifəsi problemləri vaxtında görməkdir.

Əgər mühasibiniz bu təsvirlərdən birinə uyğundursa diqqətli olun:

Qurbanlıq mövqeyi

Belə insanlardan həmkarlarının ünvanına və ya iş şəraiti ilə bağlı şikayətlər eşidə bilərsiniz.Guya ki, onlara görə öz funksiyalarını keyfiyyətlə yerinə yetirə bilmir. Özü də bu zaman qurbanının problemlərinin həlli üçün konkret səbəblər və yollar göstərmir.

“Heç nəyi çatdıra bilmirəm!”

Əlbəttə, bu nadir hal deyil. Bəzən hər birimiz işlərin həcminin öhdəsindən gələ bilmirik və çox vaxt bunun özü də əsaslı olur. Məsələn, son anda qanunvericilikdə edilən dəyişikliklər, son anda əsas işçinin xəstəliyi ilə bağlı olunan yer dəyişikliyi və ya proqramda baş verən nasazlıqlar vaxt çərçivəsinə təsir göstərə bilər. Lakin bəzi mühasiblərdən ötrü “çatdıra bilmirəm” – bir diaqnozdur.

Əgər əməkdaş lazım olandan iki və ya üç dəfə artıq vaxt sərf edirsə, bu onun qeyri-peşəkarlığından və ya işinə yarıtmaz münasibət bəslədiyindən xəbər verir.

Texniki səhvlər

Vaxtla bağlı bölümdə olduğu kimi, bu hal da yaşanır. Lakin daimi əsasda deyil. Mühasibin səhvi, proqram tərtibatçılarının bütün mümkün vəziyyətləri düşündüklərinə inanmaması ilə əlaqəlidir. Mütəxəssis bu və ya digər məbləğin haradan ortaya çıxdığını bilməli və bunu “barmaqlar üzərində” izah etməyi bacarmalıdır.

Həddən ziyadə dəqiqlik
Bəli, mühasiblər hər şeyi qəpiyinə kimi hesablamağa vərdiş ediblər. Ancaq bəzən rəhbərliyin təcili qərar verməsi üçün səhv də olsa cari nəticələri bilməsi lazım gəlir. Mühasib isə “hələ də ötən ayı bağlaya bilməyib”.

Bu çətinliklərdən yayınmaq üçün bir qayda tətbiq etmək olar – gəlirlər və vergi məbləğləri barədə ayın sonuna kimi idarəetmə hesabatı təqdim etmək.

Köhnə stereotip

Mühasibatlıqda yaradıcılıq və eksperimentlər üçün elə də çox yer olduğunu söyləmək olmaz. Amma, əgər mühasib rəhbərliyin yenilikçi ideyalarını dəstəkləmirsə – şirkət necə yüksəliş əldə edə bilər? Öz işini bilən mütəxəssis bütün yeniliklərdən xəbərdar olmalı və istənilən imkandan öyrənmək üçün istifadə etməlidir.


Print Friendly, PDF & Email