751-ci “Maliyyə xərcləri” hesabı
Mühasibat uçotunun hesablar planının 7-ci bölməsi üzrə açılan hesablarda ayrı-ayrı xərc maddələri üzrə mühasibat qeydləri aparılır. Belə hesablardan biri Hesablar Planının 75-ci maddəsi üzrə açılan 751-ci “Maliyyə xərcləri” hesabıdır. Hesab üzrə müxabirləşmələr, subhesabların açılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında tənzimlənir.
Bu hesabda, yuxarıda qeyd edilən Qaydaların 57.3 bəndinə əsasən “mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz xərci, konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri, maliyyə iсarəsi üzrə faiz xərcləri, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri və digər maliyyə xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”
751-ci “Maliyyə xərcləri” hesabı üzrə uçot, müxabirləşmələr zamanı tənzimləmələr haqqında buradan daha geniş oxumaq olar. Bu məqalədə, həmçinin imtiyazlı səhmlərin buraxılışı və bankdan uzunmüddətli kredit alındıqda və qaytarıldıqda maliyyə xərcləri ilə bağlı müxabirləşmə nümunələri də verilib.
Aşağıda daha iki hal üçün 751-ci “Maliyyə xərcləri” hesabı üzər müxabirləşmə nümunələri verilib.
Digər şəxslərdən borc götürüldükdə maliyyə xərcləri ilə bağlı nümunələr
“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün əməkdaşı olan “B” MMC-dən 36000 manat məbləğində, uzunmüddətli borc pul almışdır. Tərəflər arasındakı müqaviləyə əsasən alınan uzunmüddətli borc 3 il ərzində ödənilməli və hər il borcun 10%-i məbləğində faiz ödənilməlidir.
Birinci il icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Müəssisə tərəfindən istiqrazlar buraxıldıqda | 223 – Bank hesablaşma hesabları | 404 – Uzunmüddətli borclar | 36000.00 |
| 2 | Uzunmüddətli borclarla bağlı birinci il üçün faiz xərcləri hesablandıqda | 242 – Gələcək hesabat dövrünün xərcləri | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 3600.00 |
| 3 | Sonrakı iki il üçün olan əsas borc məbləğinin faiz xərci hesablandıqda | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 7200.00 |
| 4 | Birinci il üçün hesablanmış faiz borcu ödəndikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borclar | 223 – Bank hesablaşma hesabları | 3600.00 |
| 5 | Birinci ilin faiz xərcləri maliyyə xərclərinə bağlandıqda | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri) | 3600.00 |
| 6 | Hesabat ilinin sonunda faiz xərci ümumi mənfəət(zərər) hesabına bağlandıqda | 801 – Ümymi mənfəət (Zərər) | 751 – Maliyyə xərcləri | 3600.00 |
İkinci ilin icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İkinci il üçün hesablanan faiz borcu uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 3600.00 |
| 2 | İkinci ilin faiz üzrə xərcləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə | 242 – Gələcək hesabat dövrünün xərcləri | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 3600.00 |
| 3 | Faiz borcu ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 3600.00 |
| 4 | Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri) | 3600.00 |
| 5 | Hesabat ilinin sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına bağlandıqda | 801 – Ümumi mənfəət (Zərər) | 751 – Maliyyə xərcləri | 3600.00 |
Üçüncü ilin icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Üçüncü il üçün hesablanan faiz borcu uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 3600.00 |
| 2 | Üçüncü ilin faiz üzrə xərcləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə | 242 – Gələcək hesabat dövrünün xərcləri | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 3600.00 |
| 3 | Faiz borcu ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 3600.00 |
| 4 | Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri) | 3600.00 |
| 5 | Hesabat ilinin sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına bağlandıqda | 801 – Ümumi mənfəət (Zərər) | 751 – Maliyyə xərcləri | 3600.00 |
Maliyyə icarəsi ilə torpaq, tikili və avadanlıqlar əldə edildikdə maliyyə xərcləri
“A” MMC dəyəri 25000 manat olan nəqliyyat vasitəsinin maliyyə icarəsilə əlaqədar olaraq “B” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 1 ildir. Razılığa əsasən 1-ci ilin sonunda nəqliyyat vasitəsinə görə olan 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə | 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər | 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları | 16250.00 |
| 2 | İllik faiz borcları qeydə alındıqda | 242 – Gələcək hesabat dövrünün xərcləri | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 8750.00 |
Tərəflər arasında qarşılıqlı razılığa əsasən icarə müddəti uzadılaraq 2 il təyin edilmişdir. Yeni şərtə əsasən, 2-ci ilin sonunda Əsas vəsaitə görə olan 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir. Yuxarıdakı müxabirləşmələri nəzərə alaraq 1-ci il üçün düzəlişləri edək:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Növbəti ilə aid edilən icarə haqqı qısamüddətli öhdəliklərdən uzunmüddətli öhdəliklərə aid edildikdə | 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları | 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər | 8125.00 |
| 2 | Növbəti ilin faiz borcları qısamüddətli öhdəliklərdən uzunmüddətli öhdəliklərə aid edildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 4375.00 |
| 3 | Əvvəl qısamüddətli faiz borcları kimi qeydə alınan faizlərə düzəliş edildikdə | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 4375.00 |
1-ci ilin ödənişləri həyata keçirilir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə | 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 8125.00 |
| 2 | Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 4375.00 |
| 3 | Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 4575.00 |
2-ci ilin uçotu, ödənişləri aşağıdakı kimidir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İkinci ilin icarə haqqı uzunmüddətli öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə | 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər | 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları | 8125.00 |
| 2 | İkinci ilin faiz borcları uzunmüddətli öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 4375.00 |
| 3 | İkinci ilin faiz xərcləri uzunmüddətli xərclərdən qısamüddətli xərclərə aid edildikdə | 242 – Gələcək hesabat dövrünün xərcləri | ` – Gələcək hesabat dövrlərinin xərcləri | 4375.00 |
| 4 | Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə | 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 8125.00 |
| 5 | Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 4375.00 |
| 6 | Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 4575.00 |
