800 manat maaşla Mühasib tələb olunur

birbank biznes
Mühasib tələb olunurMühasib (Sumqayıt)
Vəzifə öhdəlikləri:

– Şirkətin vergi və mühasibat uçotunun aparılması;
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
– Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi xərclərinin hesablanması;
– Mal-materialların uçotunun aparılması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq maliyyə hesabatlarının hazırlanması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi.

Həmçinin bax: Buta Group Mühasib axtarır
Tələblər

– Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
– Yaş həddi: 25-40 yaş
– Azərbaycan, rus və ingilis dili biliyi
– Əmək məcəlləsi və vergi məcəlləsi ilə tanış olmalı
– MS Office və 1C proqramları üzrə biliklər
– Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
– 1C (8.3) proqramında işləmək bacarığı
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil olmalı
– Fərdi və komandada işləmək bacarığı
– Dəqiq və sürətli işləmək bacarığı
– Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir

İş şəraiti:

– İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
– İstirahət günü: şənbə, bazar günləri
– İş yeri Sumqayıt şəhərində yerləşir
– Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
– İşçi korporativ nömrə və naharla təmin edilir
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
– İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Həmçinin bax: Mühasib axtarılır

Əmək haqqı: 600-800 AZN

Maraqlananlar öz şəkilli CV formalarını  /  ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email